https://sputnik.az/20240530/meqsedimiz-isgaldan-azad-edilmis-erazilerde-yasil-enerji-zonasi-yaratmaqdir---nazir-465025461.html
Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaratmaqdır - Nazir
Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaratmaqdır - Nazir
Sputnik Azərbaycan
Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi" mövzusunda keçirilən III Beynəlxalq... 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T12:20+0400
2024-05-30T12:20+0400
2024-05-30T12:24+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
zəngilan
beynəlxalq
konfrans
nazir
ekologiya
mina
muxtar babayev
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929740_0:67:1280:787_1920x0_80_0_0_7a38b45d14af78662fa5d13eec5293e3.jpg
BAKI, 30 may — Sputnik. Minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib. M.Babayevin sözlərinə görə, regionda tətbiq edilən "yaşıl enerji zonası" konsepsiyası da xalis sıfır hədəflərinin əldə olunmasına birbaşa töhfə verəcək:"Bu problemin həlli təkcə Azərbaycan üçün milli prioritet deyil. Bu, qlobal problemdir. Buna görə də beynəlxalq əməkdaşlıq və resursların səfərbər edilməsi eyni dərəcədə vacibdir. Biz beynəlxalq ictimaiyyəti və inkişaf tərəfdaşlarını bu missiyada bizə qoşulmağa çağırırıq". Nazir qeyd edib ki, Azərbaycan BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla uzunmüddətli tərəfdaşlıq münasibətləri saxlayır:"Bu, bizim fəaliyyətimizdə və ətraf mühitin mühafizəsi tədbirlərində mühüm rol oynayıb. Birlikdə biz bütün dünyada təsirə məruz qalan regionların davamlılıq, yenilənmə və ətraf mühitin bərpası simvollarına çevrilməsinə nail ola biləcəyik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0f/463929740_72:0:1209:853_1920x0_80_0_0_f28cb3d115b9023b1a0d0744bdcda7da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, beynəlxalq, konfrans, nazir, ekologiya, mina, muxtar babayev
zəngilan, beynəlxalq, konfrans, nazir, ekologiya, mina, muxtar babayev
Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaratmaqdır - Nazir
12:20 30.05.2024 (Yenilənib: 12:24 30.05.2024) Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi" mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir.
BAKI, 30 may — Sputnik. Minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən beynəlxalq konfransda video müraciətlə çıxışı zamanı deyib.
"Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün "ağıllı şəhərlər" və "ağıllı kəndlər" kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik" - o bildirib.
M.Babayevin sözlərinə görə, regionda tətbiq edilən "yaşıl enerji zonası" konsepsiyası da xalis sıfır hədəflərinin əldə olunmasına birbaşa töhfə verəcək:
"Bu problemin həlli təkcə Azərbaycan üçün milli prioritet deyil. Bu, qlobal problemdir. Buna görə də beynəlxalq əməkdaşlıq və resursların səfərbər edilməsi eyni dərəcədə vacibdir. Biz beynəlxalq ictimaiyyəti və inkişaf tərəfdaşlarını bu missiyada bizə qoşulmağa çağırırıq".
Nazir qeyd edib ki, Azərbaycan BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla uzunmüddətli tərəfdaşlıq münasibətləri saxlayır:
"Bu, bizim fəaliyyətimizdə və ətraf mühitin mühafizəsi tədbirlərində mühüm rol oynayıb. Birlikdə biz bütün dünyada təsirə məruz qalan regionların davamlılıq, yenilənmə və ətraf mühitin bərpası simvollarına çevrilməsinə nail ola biləcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.