CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Əsədov türkiyəli nazirlə görüşüb

© Photo : Cabinet of Ministers of the Republic of Azerbaijan Azərbaycan Respublikasının Baş naziri Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 30.05.2024
Abunə olmaq
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verilib.
BAKI, 30 may — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulanıb.
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verilib. Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlər müzakirə olunub. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyə tərəfinə təşəkkür ifadə edilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0