https://sputnik.az/20240530/eli-esedov-rusiyali-qubernatorla-gorusub-465043681.html
Əli Əsədov rusiyalı qubernatorla görüşüb
Əli Əsədov rusiyalı qubernatorla görüşüb
Sputnik Azərbaycan
Azərbaycanın Baş nazirinin Ulyanovsk vilayətinin qubernatoru ilə görüşündə də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə... 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T16:57+0400
2024-05-30T16:57+0400
2024-05-30T16:57+0400
əli əsədov
iqtisadiyyat
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
azərbaycan dəmir yolları
avrasiya iqtisadi ittifaqı
avrasiya
ton
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1e/465042350_0:0:1281:721_1920x0_80_0_0_d349bd7e17e3aa9688fd0578fdd3f3e7.jpg
BAKI, 30 may — Sputnik. Azərbaycan Respublikası Baş naziri Əli Əsədov Bakıda Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüş keçirib, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşkili ilə bağlı müzakirələr aparılıb. Rusiyalı qubernator Əli Əsədova Azərbaycanın ən iri logistik şirkətləri və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri ilə apardığı danışıqlar barədə məlumat verib. Azərbaycanın Baş nazirinin Ulyanovsk vilayətinin qubernatoru ilə görüşündə də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb. Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib. Beynəlxalq nəqliyyatda "Şimal-Cənub"un payı Bundan əvvəl Avrasiya İnkişaf Bankının (AİB) "Avrasiyanın infrastrukturu: qısamüddətli və ortamüddətli meyllər" adlı hesabatında qeyd olunub ki, 2023-cü ildə beynəlxalq yük daşımalarının ümumi həcmi 650 mln. ton olub, onun 3%-i və ya 19 milyon tonu "Şimal - Cənub" BND-nin payına düşüb. Eyni zamanda, Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımalar son bir ildə 38% artıb. 2023-cü ildə Şimal-Cənub BND Avrasiya nəqliyyat dəhlizlərinin yeni konfiqurasiyasında xüsusi yer tutub. Bundan əlavə, BND çərçivəsində Olya, Aktau, Kurık və digər dəniz limanlarının imkanlarının genişləndirilməsi üzrə layihələr həyata keçirilir. Xüsusi iqtisadi zonalar birliyinin yaradılması istiqamətində də işlər aparılır. Nəqliyyatı stimullaşdırmaq üçün tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid aşağı tariflərlə konteyner daşınması üçün güzəştlər tətbiq edirlər. Şimal-Cənub BND Avrasiya marşrutlarının yenidən qurulması planlarının həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Bu, Aİİ-nin şimal-qərb hissəsini Mərkəzi Asiya dövlətləri, Fars körfəzi regionu və Hind okeanı ölkələri ilə birləşdirən inteqrasiya olunmuş nəqliyyat marşrutudur. BND infrastrukturu çevikliyi və nəqliyyat marşrutlarının müxtəlifliyini təmin edir, həmçinin beynəlxalq ticarətin asanlaşdırılmasına və birləşdirdiyi regionlar arasında əməkdaşlığın inkişafına kömək edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1e/465042350_0:0:1103:827_1920x0_80_0_0_088a72f55af38fa9c20ef63b36deb033.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
əli əsədov, "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, azərbaycan dəmir yolları, avrasiya iqtisadi ittifaqı, avrasiya, ton
əli əsədov, "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, azərbaycan dəmir yolları, avrasiya iqtisadi ittifaqı, avrasiya, ton
Əli Əsədov rusiyalı qubernatorla görüşüb
Azərbaycanın Baş nazirinin Ulyanovsk vilayətinin qubernatoru ilə görüşündə də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.
BAKI, 30 may — Sputnik. Azərbaycan Respublikası Baş naziri Əli Əsədov Bakıda Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüş keçirib, görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşkili ilə bağlı müzakirələr aparılıb.
Rusiyalı qubernator Əli Əsədova Azərbaycanın ən iri logistik şirkətləri və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri ilə apardığı danışıqlar barədə məlumat verib.
"Mən burada böyük perspektivlər görürəm. Biz bu logistik marşrutun istehsalçılarımız üşün ən cəlbedici olmasına nail olmaq üçün səy göstərməliyik. Məhsulların qısa müddətdə bu dəhlizdən keçməsi cəlbedici olacaq. Yükün yenidən qeydiyyatının olmaması vacibdir və onun tarifləri minimaldır. Biz rəqabətədavamlı olmalıyıq", - qubernator bildirib.
Azərbaycanın Baş nazirinin Ulyanovsk vilayətinin qubernatoru ilə görüşündə də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib.
Beynəlxalq nəqliyyatda "Şimal-Cənub"un payı
Bundan əvvəl Avrasiya İnkişaf Bankının (AİB) "Avrasiyanın infrastrukturu: qısamüddətli və ortamüddətli meyllər" adlı hesabatında qeyd olunub ki, 2023-cü ildə beynəlxalq yük daşımalarının ümumi həcmi 650 mln. ton olub, onun 3%-i və ya 19 milyon tonu "Şimal - Cənub" BND-nin payına düşüb.
Eyni zamanda, Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımalar son bir ildə 38% artıb.
2023-cü ildə Şimal-Cənub BND Avrasiya nəqliyyat dəhlizlərinin yeni konfiqurasiyasında xüsusi yer tutub.
"İl ərzində İranda "Şimal-Cənub" – Rəşt-Astara dəmir yolunun 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanması ilə bağlı sazişlər imzalanıb. Bu layihənin icrasına 2024-cü ildə başlanmalıdır 2027-ci ilə qədər işlərin görülməsi planlaşdırılır", - məlumatda deyilir.
Bundan əlavə, BND çərçivəsində Olya, Aktau, Kurık və digər dəniz limanlarının imkanlarının genişləndirilməsi üzrə layihələr həyata keçirilir. Xüsusi iqtisadi zonalar birliyinin yaradılması istiqamətində də işlər aparılır.
Nəqliyyatı stimullaşdırmaq üçün tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid aşağı tariflərlə konteyner daşınması üçün güzəştlər tətbiq edirlər.
Şimal-Cənub BND Avrasiya marşrutlarının yenidən qurulması planlarının həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Bu, Aİİ-nin şimal-qərb hissəsini Mərkəzi Asiya dövlətləri, Fars körfəzi regionu və Hind okeanı ölkələri ilə birləşdirən inteqrasiya olunmuş nəqliyyat marşrutudur.
BND infrastrukturu çevikliyi və nəqliyyat marşrutlarının müxtəlifliyini təmin edir, həmçinin beynəlxalq ticarətin asanlaşdırılmasına və birləşdirdiyi regionlar arasında əməkdaşlığın inkişafına kömək edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.