https://sputnik.az/20240530/dovlet-sifarisli-yerlerin-sayi-artirilib---abituriyentlere-sad-xeber-465026041.html
Dövlət sifarişli yerlərin sayı artırılıb - Abituriyentlərə şad xəbər
Dövlət sifarişli yerlərin sayı artırılıb - Abituriyentlərə şad xəbər
Sputnik Azərbaycan
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri bildirib ki, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi səriştə modeli əsasında aparılacaq. 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T13:04+0400
2024-05-30T13:04+0400
2024-05-31T14:29+0400
təhsil
dövlət imtahan mərkəzi
qəbul
magistratura
ali məktəblərə qəbul imtahanı
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_0:0:2000:1125_1920x0_80_0_0_abb2d610d4c63390e2a947b59bc352ad.jpg
BAKI, 30 may — Sputnik. Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var. Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda söyləyib. M.Abbaszadənin sözlərinə görə, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:Məleykə Abbaszadə həmçinin bildirib ki, builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib."Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək" - DİM sədri bildirib. M.Abbaszadə dövlət qulluğuna qəbulda yenilikdən də danışıb. O bildirib ki, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi səriştə modeli əsasında aparılacaq. "Dövlət qulluğuna seçim biliyin qiymətləndirilməsi modeli üzərində aparılırdı. Biz yaxın zamanda dövlət qulluğunda səriştə modelinə keçəcəyik" - DİM rəhbəri bildirib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_254:0:1961:1280_1920x0_80_0_0_af15c7d098ea3f6860639d4f1f679698.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət imtahan mərkəzi, qəbul, magistratura, ali məktəblərə qəbul imtahanı
dövlət imtahan mərkəzi, qəbul, magistratura, ali məktəblərə qəbul imtahanı
Dövlət sifarişli yerlərin sayı artırılıb - Abituriyentlərə şad xəbər
13:04 30.05.2024 (Yenilənib: 14:29 31.05.2024) Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri bildirib ki, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi səriştə modeli əsasında aparılacaq.
BAKI, 30 may — Sputnik. Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.
Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda keçirilən forumda söyləyib.
M.Abbaszadənin sözlərinə görə, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:
"Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək".
Məleykə Abbaszadə həmçinin bildirib ki, builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib.
"Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək" - DİM sədri bildirib.
M.Abbaszadə dövlət qulluğuna qəbulda yenilikdən də danışıb. O bildirib ki, dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi səriştə modeli əsasında aparılacaq.
"Dövlət qulluğuna seçim biliyin qiymətləndirilməsi modeli üzərində aparılırdı. Biz yaxın zamanda dövlət qulluğunda səriştə modelinə keçəcəyik" - DİM rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.