https://sputnik.az/20240530/baki-enerji-heftesinde-300-dek-sirket-istirak-edecek-465032845.html
Bakı Enerji Həftəsində 300-dək şirkət iştirak edəcək
Bakı Enerji Həftəsində 300-dək şirkət iştirak edəcək
Sputnik Azərbaycan
İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. 30.05.2024, Sputnik Azərbaycan
2024-05-30T21:30+0400
2024-05-30T21:30+0400
2024-05-30T21:30+0400
bayraq
iqtisadiyyat
bakı
həftə
xəzər
yaşıl
enerji
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455482535_0:160:3072:1888_1920x0_80_0_0_f5dd9f3a2a7e0e05e7b59913cd826d74.jpg
BAKI, 30 may — Sputnik. Otuz yeddi ölkədən 300-dək şirkət Bakı Enerji Həftəsində iştirak edəcəyini təsdiqləyib. Bu barədə Bakı Enerji Həftəsinə həsr edilən mətbuat konfransında deyilib. "İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır", - bildirilib. Qeyd edək ki, "Bakı Enerji Həftəsi" iyunun 4-dən 6-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 29-cu Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi, 12-ci Xəzər Beynəlxalq "Energetika və Yaşıl Enerji" sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan 29-cu Bakı Enerji Forumunu bir araya gətirir. Hər il keçirilən "Caspian Oil & Gas" sərgilərində neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri iştirak edirlər. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə təşkil olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455482535_171:0:2902:2048_1920x0_80_0_0_4e096f5231150e6a1b770d9c91fb228e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bayraq, bakı, həftə, xəzər, yaşıl, enerji, azərbaycan
bayraq, bakı, həftə, xəzər, yaşıl, enerji, azərbaycan
Bakı Enerji Həftəsində 300-dək şirkət iştirak edəcək
İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar.
BAKI, 30 may — Sputnik. Otuz yeddi ölkədən 300-dək şirkət Bakı Enerji Həftəsində iştirak edəcəyini təsdiqləyib. Bu barədə Bakı Enerji Həftəsinə həsr edilən mətbuat konfransında deyilib.
"İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır", - bildirilib.
Qeyd edək ki, "Bakı Enerji Həftəsi" iyunun 4-dən 6-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 29-cu Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi, 12-ci Xəzər Beynəlxalq "Energetika və Yaşıl Enerji" sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan 29-cu Bakı Enerji Forumunu bir araya gətirir. Hər il keçirilən "Caspian Oil & Gas" sərgilərində neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri iştirak edirlər. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.
Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə təşkil olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.