https://sputnik.az/20240529/xocali-sakinlerine-menzillerin-acarlari-sakinlere-teqdim-edilib-465008619.html
Xocalı sakinlərinə mənzillərin açarları təqdim edilib
Xocalı sakinlərinə mənzillərin açarları təqdim edilib
Sputnik Azərbaycan
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət... 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T16:18+0400
2024-05-29T16:18+0400
2024-05-29T16:36+0400
köç
qarabağın dirçəlişi və reinteqrasiyası
xocalı
sakinlər
mənzil
açar
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461543100_0:49:946:581_1920x0_80_0_0_0c858500cc2afb4dc71ed4629882eee5.jpg
BAKI, 29 may — Sputnik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.Ailələr artıq Xocalı şəhərinə çatıb. Gələn ailələri Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə evlərin açarları paylanılıb. Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/19/461543100_52:0:892:630_1920x0_80_0_0_7305160111b4e7b32340f4cc0bace4b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
köç, xocalı, sakinlər, mənzil, açar
köç, xocalı, sakinlər, mənzil, açar
Xocalı sakinlərinə mənzillərin açarları təqdim edilib
16:18 29.05.2024 (Yenilənib: 16:36 29.05.2024) Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
BAKI, 29 may — Sputnik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalıya növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Xocalıya 24 ailə 88 nəfər köçürülüb.
Ailələr artıq Xocalı şəhərinə çatıb. Gələn ailələri Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə evlərin açarları paylanılıb.
Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilib.