https://sputnik.az/20240529/nazir-azad-edilmis-erazilerin-minalarla-cirklenmesi-sehiyye-sistemi-ucun-cetinlik-yaradir-465002129.html
Nazir: Azad edilmiş ərazilərin minalarla çirklənməsi səhiyyə sistemi üçün çətinlik yaradır
Nazir: Azad edilmiş ərazilərin minalarla çirklənməsi səhiyyə sistemi üçün çətinlik yaradır
Sputnik Azərbaycan
Nazir çıxışında 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini xüsusilə vurğulayıb 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T14:02+0400
2024-05-29T14:02+0400
2024-05-29T14:03+0400
nazir
cəmiyyət
səhiyyə nazirliyi
cop29
ümumdünya səhiyyə təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402835_0:0:3072:1728_1920x0_80_0_0_01c7ea4dced5bb79414f31aaf632909e.jpg
BAKI, 29 may — Sputnik. Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının "Hər kəs üçün sağlamlıq, bütün səylər sağlamlıq naminə" mövzusunda 77-ci sessiyası keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib. Tədbirdə nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr parçalanmış dünyanı bərpa etmək üçün hamını sıx əməkdaşlıq etməyə sövq edir: "Son illərdə yaranan fövqəladə hallar bəşəriyyətin gözlənilməz hallara qarşı həssaslığını üzə çıxarıb. Fövqəladə hallara daha yaxşı hazırlıq davamlı qlobal səhiyyə infrastrukturunun mövcudluğunu tələb edir". Nazirin sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı tibbi xidmətlərini əlçatan etməklə, "Hər kəs üçün sağlamlıq" arzusunun reallaşmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir". Nazir çıxışında 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini xüsusilə vurğulayıb: "Prezident İlham Əliyevin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verir. Azərbaycan həmişə "yaşıl" gündəliyə sadiq olub və bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur". "Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir" - Teymur Musayev qeyd edib. Azərbaycanda "Hər kəs üçün sağlamlıq" konsepsiyasının keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görür: "Vaxtilə işğal altında olan torpaqların mina və partlayıcı maddələrlə həddindən artıq çirklənməsi məskunlaşma proseslərinə maneələr yaradır. Bu, milli səhiyyə sistemi üçün də ciddi çətinlik yaradır". "Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün vahid norma və standartları müəyyənləşdirməyə çağırırıq. Bu mövzuda strateji sənədlərin işlənib hazırlanması, eyni zamanda, təşkilatın üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsinin zamanıdır" - Azərbaycan səhiyyə naziri fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402835_341:0:3072:2048_1920x0_80_0_0_1307ccddfbf3507b4b0a608884497d54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazir, səhiyyə nazirliyi, cop29, ümumdünya səhiyyə təşkilatı
nazir, səhiyyə nazirliyi, cop29, ümumdünya səhiyyə təşkilatı
Nazir: Azad edilmiş ərazilərin minalarla çirklənməsi səhiyyə sistemi üçün çətinlik yaradır
14:02 29.05.2024 (Yenilənib: 14:03 29.05.2024) Nazir çıxışında 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini xüsusilə vurğulayıb
BAKI, 29 may — Sputnik. Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının "Hər kəs üçün sağlamlıq, bütün səylər sağlamlıq naminə" mövzusunda 77-ci sessiyası keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.
Tədbirdə nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr parçalanmış dünyanı bərpa etmək üçün hamını sıx əməkdaşlıq etməyə sövq edir:
"Son illərdə yaranan fövqəladə hallar bəşəriyyətin gözlənilməz hallara qarşı həssaslığını üzə çıxarıb. Fövqəladə hallara daha yaxşı hazırlıq davamlı qlobal səhiyyə infrastrukturunun mövcudluğunu tələb edir".
Nazirin sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı tibbi xidmətlərini əlçatan etməklə, "Hər kəs üçün sağlamlıq" arzusunun reallaşmasına imkan yaradıb.
Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir".
Nazir çıxışında 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini xüsusilə vurğulayıb: "Prezident İlham Əliyevin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfəsini verir. Azərbaycan həmişə "yaşıl" gündəliyə sadiq olub və bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur".
"Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir" - Teymur Musayev qeyd edib.
Azərbaycanda "Hər kəs üçün sağlamlıq" konsepsiyasının keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görür: "Vaxtilə işğal altında olan torpaqların mina və partlayıcı maddələrlə həddindən artıq çirklənməsi məskunlaşma proseslərinə maneələr yaradır. Bu, milli səhiyyə sistemi üçün də ciddi çətinlik yaradır".
"Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün vahid norma və standartları müəyyənləşdirməyə çağırırıq. Bu mövzuda strateji sənədlərin işlənib hazırlanması, eyni zamanda, təşkilatın üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsinin zamanıdır" - Azərbaycan səhiyyə naziri fikrini tamamlayıb.