https://sputnik.az/20240529/ii-qareginle-bagli-bas-veren-qalmaqal-boyuyur-rusiya-ermenileri-ttifaqi-beyanat-yaydi-465002003.html
II Qareginlə bağlı baş verən qalmaqal böyüyür: Rusiya Erməniləri İttifaqı bəyanat yaydı
II Qareginlə bağlı baş verən qalmaqal böyüyür: Rusiya Erməniləri İttifaqı bəyanat yaydı
Sputnik Azərbaycan
Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib. 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T12:22+0400
2024-05-29T12:22+0400
2024-05-29T13:19+0400
ii qaregin
bölgə
bütün ermənilərin katolikosu
katolikos
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461823581_0:0:2922:1645_1920x0_80_0_0_ff266236575505c41ab232dc6b324a0d.jpg
BAKI, 29 may — Sputnik. Rusiya Erməniləri İttifaqı (RİB) bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə girişinə qadağa qoyulması ilə bağlı insidentin müstəqil araşdırılmasını tələb edir. Bu barədə ittifaqın bəyanatında deyilir. Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib. Buna baxmayaraq katolikos memorial kompleksə gedərək dua ibadətinə nail olub. "Bu, protokol, hüquq, əxlaq və mənəvi normaların kobud şəkildə pozulması deyil, həm də dövlətin suveren əsaslarına, xalqımızın ideoloji və ənənəvi dəyərlərinə qəsd elementidir" - bəyanatda bildirilir. İttifaq Ermənistan hakimiyyətini, erməni kilsə və yeparxiyalarının rəhbərlərini, Ermənistanın siyasi və ictimai təşkilatlarını baş verənlərə öz münasibətini açıq şəkildə bildirməyə çağırıb. Təşkilat siyasi qərarı verən mənbənin müəyyən edilməsini və səlahiyyətlərini aşan hüquq-mühafizə orqanlarının nümayəndələrinin məsuliyyətə cəlb edilməsini zəruri hesab edir. Bu hadisə artıq Kilikiyanın Böyük Evinin katolikosu I Aram, ictimai və siyasi xadimlər tərəfindən pislənib. Eçmiədzinin II Qareginin memorial əraziyə daxil olmasını qadağan etmək cəhdi hakimiyyətin biabırçı və antimilli fəaliyyətinin epizodu adlandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461823581_93:0:2824:2048_1920x0_80_0_0_58d6c4fbfa40552c31c6dd4ef9cc4baf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ii qaregin, bütün ermənilərin katolikosu, katolikos, rusiya
ii qaregin, bütün ermənilərin katolikosu, katolikos, rusiya
II Qareginlə bağlı baş verən qalmaqal böyüyür: Rusiya Erməniləri İttifaqı bəyanat yaydı
12:22 29.05.2024 (Yenilənib: 13:19 29.05.2024) Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib.
BAKI, 29 may — Sputnik. Rusiya Erməniləri İttifaqı (RİB) bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə girişinə qadağa qoyulması ilə bağlı insidentin müstəqil araşdırılmasını tələb edir. Bu barədə ittifaqın bəyanatında deyilir.
Mayın 28-də Ermənistan polisi Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsib. Buna baxmayaraq katolikos memorial kompleksə gedərək dua ibadətinə nail olub.
"Bu, protokol, hüquq, əxlaq və mənəvi normaların kobud şəkildə pozulması deyil, həm də dövlətin suveren əsaslarına, xalqımızın ideoloji və ənənəvi dəyərlərinə qəsd elementidir" - bəyanatda bildirilir.
İttifaq Ermənistan hakimiyyətini, erməni kilsə və yeparxiyalarının rəhbərlərini, Ermənistanın siyasi və ictimai təşkilatlarını baş verənlərə öz münasibətini açıq şəkildə bildirməyə çağırıb. Təşkilat siyasi qərarı verən mənbənin müəyyən edilməsini və səlahiyyətlərini aşan hüquq-mühafizə orqanlarının nümayəndələrinin məsuliyyətə cəlb edilməsini zəruri hesab edir.
Bu hadisə artıq Kilikiyanın Böyük Evinin katolikosu I Aram, ictimai və siyasi xadimlər tərəfindən pislənib. Eçmiədzinin II Qareginin memorial əraziyə daxil olmasını qadağan etmək cəhdi hakimiyyətin biabırçı və antimilli fəaliyyətinin epizodu adlandırılıb.