https://sputnik.az/20240529/azerbaycandan-hecc-ziyareti-ucun-sened-qebulu-basa-catib-ilk-ucus-iyunun-4-de-olacaq-465002866.html
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuş iyunun 4-də olacaq
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuş iyunun 4-də olacaq
Sputnik Azərbaycan
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. 29.05.2024, Sputnik Azərbaycan
2024-05-29T12:10+0400
2024-05-29T12:10+0400
2024-05-29T13:16+0400
həcc
cəmiyyət
həcc ziyarəti
həcc ziyarəti
ziyarət
qurban bayramı
qurban bayramı
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456376378_0:256:2730:1792_1920x0_80_0_0_27356e905c0e869d5bd89978320a1d31.jpg
BAKI, 29 may — Sputnik. Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub: "İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq". Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb. Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456376378_0:0:2730:2048_1920x0_80_0_0_10843fffdabb6a072b1070afa89aec4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həcc, həcc ziyarəti, həcc ziyarəti, ziyarət, qurban bayramı, qurban bayramı
həcc, həcc ziyarəti, həcc ziyarəti, ziyarət, qurban bayramı, qurban bayramı
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuş iyunun 4-də olacaq
12:10 29.05.2024 (Yenilənib: 13:16 29.05.2024) Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.
BAKI, 29 may — Sputnik. Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub:
"İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq".
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.
Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.