Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qarabağ klanının puç olan ümidləri: Qalstanyanın itaətsizliyi niyə nəticə vermir

© AFP 2024 / KAREN MINASYANBaqrat Qalstanyan İrəvanda mitinqdə çıxış edir, arxiv
Baqrat Qalstanyan İrəvanda mitinqdə çıxış edir, arxiv - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Abunə olmaq
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
BAKI, 28 may — Sputnik. Ermənistanda aksiyalar səngimək bilmir. Baqrat Qalstanyanın " Tavuş -Vətən uğrunda" hərəkatının liderlik etdiyi aksiyalar hələlik sadəca etirazçıların saxlanmasına müvəffəq ola bilib. Ermənistan polisinin yaydığı məlumata görə, etimadsızlıq aksiyasının magistral yolları bağlamağa cəhd edən iştirakçılarının 200-dən çox nümyəndəsi polis tərəfindən saxlanılıb. Ermənistanda saxlanılanlar arasında keçmiş separatçı "mer"lər də var.
Paşinyan hakimiyyətinə qarşı iğtişaşları genişləndirmək istəyən qüvvələr özbaşına deyil. Ermənistan xalqının qarşısna çıxmağa üzü olmayan Koçaryan və Sarqsyan klanı adıçəkilən keşişin arxasına sığınıb Paşinyan hakimiyyətinə devirmək xəyalını gerçəkləşdirmək istəyir.
© AFP 2024 / KAREN MINASYANİrəvanda etiraz aksiyası, arxiv
Массовые акции протеста в Ереване - Sputnik Azərbaycan, 1920, 27.05.2024
İrəvanda etiraz aksiyası, arxiv
Ermənistan cəmiyyətində baş verənlərə bir-birindən fərqli yanaşmalar sərgilənir. Məsələn mayın 26-da Qaltsyan İrəvanda mahnı oxuyub, çalıb-oynayanda Ermənistan baş naziri Nikol Paşinyan sel və daşqınların ziyan vurduğu bölgəyə səfər etmişdi. Bu isə Ermənistan sosial şəbəkələr seqmentində ciddi tənqidlərlə qarşılandı.
Baqrat Qalstanyanın arxiyepiskop mənsəbindən siyasi müstəvidə istifadə etməsi də Ermənistanda birmənalı qarşılanmır. Qalstanyan Ermənistana rəhbər olmaq xəyalına düşsə də, reallıqlar bu xəyalların gerçəkləşməsinə imkan vermir. Görünən odur ki, Ermənistan müxalifət hərəkatı erməni cəmiyyətini ətrafında səfərbər edə bilmir.
Millət vəkilİ Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirir ki, Ermənistanda etirazçıların sayı müəyyən bir həddə çatması ciddi dəyişikliyə gətirib çıxara bilər.
Onun sözlərinə görə, hazırda Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyalar genişlənməkdədir:

"Bu aksiyalar Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Məsələnin digər tərəfi bunun regiona təsiri ilə bağlıdır. İlk növbədə Ermənistanda da yaxşı anlayırlar ki, Azərbaycanın güc mövqeyi maraqlarımızı qorumağa imkan verir. Ölkəmizə qarşı onsuzda qərəzli yanaşmaların sərgilənməsi üçün sistemli cəhdlər göstərilir. Azərbaycana qarşı qərəzli müzakirələr təşkil edilib. Bütün bunları Azərbaycan öz gücü və ölkə başçısı İlham Əliyev strateji məharəti ilə fiaskoya uğradıb".

© SputnikMillət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili, Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Millət vəkili, Elşad Mirbəşiroğlu
Millət vəkili deyir ki, Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın birbaşa təsiri və nəzarəti altında baş verir və belə də olacaqdır
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin edib, əsas reallıq da budur. Bunu hər hansı proses və güc dəyişə bilməz. Azərbaycan güc mövqeyini getdikcə möhkəmləndirməkdədir.

"Azərbaycanın güclü mövqeyi təhlükəsizliyə və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasına xidmət etməkdədir.Ermənistandakı siyasi dairələr də çox aydın dərk edirlər ki, Azərbaycana qarşı revanş hisləri Ermənistan üçün daha da acınacaqlı nəticələrə səbəb ola bilər. Paşinyanı bu vəziyyətə salan da biz olduq. Ermənistan baş naziri 2018-ci ildə hakimiyyətə gələndə olduqca sərt mövqe tutmuşdu. Amma biz Paşinyanı reallıqlara boyun əyməyə məcbur etdik. Paşinyan Qərbdəki himayədarları ilə reallıqları dəyişməyə cəhdlər göstərdi, ancaq bütün cəhdlər nəticəsiz qaldı. Ermənistanda hansı proseslərin getməsindən asılı olmayaraq biz Cənubi Qafqazdakı proseslərin lokomativ ölkəsiyik", - millət vəkili vurğulayıb.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bununla belə Sarqsyan "Tavuş - Vətən uğrunda" hərəkatını dəstəklədiyini bildirir.
Görünən odur ki, Sarqsyan mövcud Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin Qarabağ klanını yenidən hakimiyyətə qaytaracağını düşünür. Amma ekspert çevrələri Paşinyan hakimiyyətinə qarşı yönəlmiş bu etirazlar dalğasının da müvəffəqiyyətsiz olacağını qeyd edirlər. İnformasiya məkanında Paşinyana qarşı aparılan kampaniyalara baxmayaraq Ermənistan baş naziri xalqın qarşısına çıxmaqdan çəkinmir.
Baqrat Qalstanyan isə Paşinyanı istefaya çağırmaqla ən sivil yolu təklif etdiyini bildirir. Ermənistanda vəziyyəti qarışdıran arxiyepiskop mayın 26-da keçirilmiş mitinqdə özünü baş nazir səlahiyyətlərini icraçısı vəzifəsinə layiq görüb. O, bir il bu vəzifədə işləməyi, daha sonra isə parlament seçkiləri keçirib postu tərk etməyi planlaşdırdığını da açıqlayıb. Din xadimi deyib ki, katolikos II Qaregin ona siyasətə qarışmağa icazə verib.
Görünən odur ki, Ermənistanda etirazçılar Paşinyan hakimiyyətini yıxacaq qədər kütləviləşə bilmir. Bir çox ekspertlər bunu müxalifətin sosial bazasının olmaması, insanları etirazlara təşviq edən qruplara inamsızlıqla əlaqələndirirlər. Xüsusən də keçmiş Qarabağ klanının proseslərə daxil olması etiraz etmək istəyənləri çəkindirir. Qeyd edək ki, keçmiş Qarabağ klanının adı Ermənistanda korrupsiya və hərc-mərclik, dövlət büdcəsinin mənimsənilməsi kimi cinayət işlərində da hallanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0