https://sputnik.az/20240528/pasinyan-rusiya-telekanallarinin-yayiminin-dayandirilmasina-qarsi-cixan-naziri-isden-atib--461670709.html
Ermənistan Rusiyanın “Birinci kanal”ının yayımını dayandırıb
Ermənistan Rusiyanın “Birinci kanal”ının yayımını dayandırıb
Sputnik Azərbaycan
Ermənistan da Rusiyaya qarşı sanksiyalara hazırlaşır
2024-05-28T23:59+0400
2024-05-28T23:59+0400
2024-05-28T23:42+0400
dünya xəbərləri
rusiya
ermənistan
kibertəhlükəsizlik
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
mariya zaxarova
telekanallar
https://cdnn1.img.sputnik.az/img/40230/21/402302123_0:160:3076:1890_1920x0_80_0_0_8a49917f40074dbaadafd1fe9eb5878d.jpg
BAKI, 28 may - Sputnik. Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.Bu barədə Sputnik Ermənistan Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.07.05.24, 16:53Paşinyan Ermənistanda Rusiya telekanallarının bloklanacağının anonsunu verdiRəsmi Moskva yerli hakimiyyət orqanlarının "tələblərinə" məhəl qoymasa, Ermənistanda Rusiya telekanalları bağlanacaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib. "Biz Rusiya kanalları efirə çıxanda Ermənistanın vətəndaşlarına və dövlət nizamına hörmətlə yanaşmağı tələb edirik. Yeddi dəfə tələb edirik, amma yeddinci dəfədən sonra bu tələblərə məhəl qoyulmursa, başqa variant yoxdur, bu telekanallar yayımlanmamalıdır" - o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Eyni zamanda, Ermənistan hökumətinin başçısı bu tələblərin konkret nələr olduğunu açıqlamayıb. "Biz daha iki dəfə tələb edəcəyik, yoxsa, növbəti addımın nə olacağını bildirməliyik" - Paşinyan əlavə edib. Oxşar fikri apreldə Ermənistanın yüksək texnologiyalar və sənaye naziri Mxitar Ayrapetyan da səsləndirmişdi. Onun sözlərinə görə, təkliflər qəbul olunmasa, İrəvan Moskva ilə Rusiya telekanallarının yayımını tənzimləyən kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər. Bundan bir qədər əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Ermənistanla kanalların mümkün bağlanması məsələsini müzakirə etdiyini qeyd edib və bununla bağlı fikirlərini çatdırıb. Martın sonunda Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi rusiyalı jurnalist Vladimir Solovyovun aparıcısı olduğu verilişlərin yayımını qadağan etdiyini elan edib. XİN bu addımı İrəvanla Moskva arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişin maddələrinin "pozulması" kimi izah edib.10.04.24, 22:38Ermənistan Rusiya telekanallarının yayımını dayandırmağa hazırlaşır: Sanksiyalar olacaqErmənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.Bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib."Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.29.12.23, 19:00Paşinyan Rusiya telekanallarının yayımının dayandırılmasına qarşı çıxan naziri işdən atıbErmənistanda nazir vəzifəsindən uzaqlaşdırılıb.Sputnik Ermənistan-ın yaydığı məlumata görə, ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib.Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı olduğu üçün vəzifəsi ilə xudafizləşib.Bundan əvvəl mətbuat hakimiyyətin Robert Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı. Jurnalistlərlə söhbətində nazir bu məlumatı bir neçə dəfə təkzib edib. Qeyd edək ki, dekabrın 18-də Ermənistan parlamentində (maliyyə, kredit və büdcə məsələləri üzrə komissiya səviyyəsində) Hesablama Palatasının hesabatı dinlənilib. Burada nazirliyin fəaliyyətinə dair yoxlamaların nəticələri qeyd edilib. Bildirilib ki, yoxlama zamanı Kibertəhlükəsizlik üzrə dövlət proqramının həyata keçirilmədiyi qeydə alınıb. 2021-ci ilin sentyabrına qədər sənayedə milli standartların qəbulu, 2022-ci ilin dekabrına qədər isə milli kibertəhlükəsizlik mərkəzinin yaradılması nəzərdə tutulurdu. Məlum olub ki, nazirlik bu öhdəliklərin heç birinin yerinə yetirməyib. Robert Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib. O, bundan əvvəl 2021-22-ci illərdə yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsində çalışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40230/21/402302123_173:0:2904:2048_1920x0_80_0_0_56c6c75162944f41f8b7d83cae4c38d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan da rusiyaya qarşı sanksiyalara hazırlaşır, ermənistan rusiya telekanllarını bağladı
ermənistan da rusiyaya qarşı sanksiyalara hazırlaşır, ermənistan rusiya telekanllarını bağladı
Ermənistan Rusiyanın “Birinci kanal”ının yayımını dayandırıb
Erməni Baş nazir deyib ki, yeddi dəfə tələb edirlər, amma yeddinci dəfədən sonra bu tələblərə məhəl qoyulmursa, başqa variant yoxdur, bu telekanallar yayımlanmamalıdır.
BAKI, 28 may - Sputnik. Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.
Bu barədə Sputnik Ermənistan Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.
Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.
Paşinyan Ermənistanda Rusiya telekanallarının bloklanacağının anonsunu verdi
Rəsmi Moskva yerli hakimiyyət orqanlarının "tələblərinə" məhəl qoymasa, Ermənistanda Rusiya telekanalları bağlanacaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
"Biz Rusiya kanalları efirə çıxanda Ermənistanın vətəndaşlarına və dövlət nizamına hörmətlə yanaşmağı tələb edirik. Yeddi dəfə tələb edirik, amma yeddinci dəfədən sonra bu tələblərə məhəl qoyulmursa, başqa variant yoxdur, bu telekanallar yayımlanmamalıdır" - o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Eyni zamanda, Ermənistan hökumətinin başçısı bu tələblərin konkret nələr olduğunu açıqlamayıb.
"Biz daha iki dəfə tələb edəcəyik, yoxsa, növbəti addımın nə olacağını bildirməliyik" - Paşinyan əlavə edib.
Oxşar fikri apreldə Ermənistanın yüksək texnologiyalar və sənaye naziri Mxitar Ayrapetyan da səsləndirmişdi. Onun sözlərinə görə, təkliflər qəbul olunmasa, İrəvan Moskva ilə Rusiya telekanallarının yayımını tənzimləyən kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bundan bir qədər əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Ermənistanla kanalların mümkün bağlanması məsələsini müzakirə etdiyini qeyd edib və bununla bağlı fikirlərini çatdırıb. Martın sonunda Ermənistan Televiziya və Radio Yayımları Şəbəkəsi rusiyalı jurnalist Vladimir Solovyovun aparıcısı olduğu verilişlərin yayımını qadağan etdiyini elan edib. XİN bu addımı İrəvanla Moskva arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişin maddələrinin "pozulması" kimi izah edib.
Ermənistan Rusiya telekanallarının yayımını dayandırmağa hazırlaşır: Sanksiyalar olacaq
Ermənistan tərəfinin sənədin redaktə edilməsi ilə bağlı təklifləri qəbul olunmasa, ölkə Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bunu ölkənin yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.
"Gələn həftə Rusiya tərəfinə sazişə düzəlişlər və yeni təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, nəticə verəcək sənəd əldə edilsin, pozuntular olsa, sanksiyalar tətbiq olunacaq. Təkliflər qəbul olunmasa, Ermənistanın müqaviləni birtərəfli qaydada ləğv edəcəyini istisna etmirəm”, - Ayrapetyan parlamentdə bildirib.
Onun sözlərinə görə, artıq qarşı tərəflə məsləhətləşmələr aparılıb, lakin Rusiya telekanallarının Ermənistan ərazisində yayımlanan televiziya proqramlarında erməni tərəfinin artıq qeydə aldığı pozuntular ətrafında konsensus əldə olunmayıb.
Martın sonunda Ermənistanda “RTR-Planeta” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif verilişlərinin yayımı dayandırılıb.
Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsinin mətbuat xidməti qərarın iki ölkə arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin 5 və 6-cı maddələrinin mütəmadi olaraq pozulması əsasında qəbul edildiyini bildirib.
Paşinyan Rusiya telekanallarının yayımının dayandırılmasına qarşı çıxan naziri işdən atıb
Ermənistanda nazir vəzifəsindən uzaqlaşdırılıb.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, ölkənin yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan tutduğu vəzifədən azad edilib.
Robert Xaçatryan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qarşı olduğu üçün vəzifəsi ilə xudafizləşib.
Bundan əvvəl mətbuat hakimiyyətin Robert Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı. Jurnalistlərlə söhbətində nazir bu məlumatı bir neçə dəfə təkzib edib.
Qeyd edək ki, dekabrın 18-də Ermənistan parlamentində (maliyyə, kredit və büdcə məsələləri üzrə komissiya səviyyəsində) Hesablama Palatasının hesabatı dinlənilib. Burada nazirliyin fəaliyyətinə dair yoxlamaların nəticələri qeyd edilib. Bildirilib ki, yoxlama zamanı Kibertəhlükəsizlik üzrə dövlət proqramının həyata keçirilmədiyi qeydə alınıb.
2021-ci ilin sentyabrına qədər sənayedə milli standartların qəbulu, 2022-ci ilin dekabrına qədər isə milli kibertəhlükəsizlik mərkəzinin yaradılması nəzərdə tutulurdu. Məlum olub ki, nazirlik bu öhdəliklərin heç birinin yerinə yetirməyib.
Robert Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib. O, bundan əvvəl 2021-22-ci illərdə yüksək texnologiyalar sənayesi nazirinin müavini vəzifəsində çalışıb.