https://sputnik.az/20240528/gurcustan-xarici-agentler-haqqinda-qanuna-gore-a-ye-namized-statusunu-itire-biler-464846940.html
Gürcüstan parlamenti "Xarici agentlər" haqqında qanuna qoyulan vetonu ləğv edib
Gürcüstan parlamenti "Xarici agentlər" haqqında qanuna qoyulan vetonu ləğv edib
Sputnik Azərbaycan
Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb. 28.05.2024, Sputnik Azərbaycan
2024-05-28T20:30+0400
2024-05-28T20:30+0400
2024-05-28T23:37+0400
dünya xəbərləri
gürcüstan
gürcüstan parlamenti
xarici
agent
xarici agent
avropa ittifaqı
salome zurabişvili
https://cdnn1.img.sputnik.az/img/41838/81/418388120_0:312:1904:1383_1920x0_80_0_0_f61a75ded481dbb2648a0b17364ec15d.jpg
BAKI, 28 may — Sputnik. Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.Bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.***Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üstünə su atıb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.22 May, 21:25Gürcüstan xarici agentlər haqqında qanuna görə Aİ-yə namizəd statusunu itirə bilərXarici agentlər haqqında qanun ləğv edilmədiyi təqdirdə Avropa Komissiyası (AK) Gürcüstanı Avropa İttifaqına (Aİ) namizəd ölkə statusundan məhrum edə bilər. Bu barədə "Foreign Policy" Aİ-nin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir. Həmsöhbətin sözlərinə görə, ən çox ehtimal olunan ssenari 2024-cü ilin oktyabrında qanun ləğv edilmədiyi təqdirdə, Avropa Komissiyası Gürcüstan hökumətinə namizəd ölkə statusunu təsdiqləməyəcəyi barədə məlumat verəcək. Qeyd olunur ki, Aİ ölkələrinin xarici işlər nazirləri mayın sonunda görüşəcəklər və çox güman ki, qanunun tətbiqinə mümkün reaksiyanı müzakirə edəcəklər. Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti etirazlara baxmayaraq, xarici agentlər haqqında təklifi üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. Gürcüstan rəhbəri qeyd edib ki, qanunda heç bir dəyişiklik nəzərdə tutulmur, buna görə də ləğv edilməlidir. Onun sözlərinə görə, xarici agentlər haqqında qanun Avropa İttifaqının Konstitusiyalarına və bütün istiqamətlərinə ziddir, buna görə də Avropa yolunda problem yaradır. Lakin Gürcüstan parlamenti səs çoxluğu ilə qanuna yenidən səs verməklə prezidentin vetosunu ləğv edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41838/81/418388120_0:134:1904:1562_1920x0_80_0_0_e1e7467a5987c7e03470ccf96659784a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, gürcüstan parlamenti, xarici, agent, xarici agent, avropa ittifaqı, salome zurabişvili
gürcüstan, gürcüstan parlamenti, xarici, agent, xarici agent, avropa ittifaqı, salome zurabişvili
Gürcüstan parlamenti "Xarici agentlər" haqqında qanuna qoyulan vetonu ləğv edib
20:30 28.05.2024 (Yenilənib: 23:37 28.05.2024) Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.
BAKI, 28 may — Sputnik. Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.
Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.
“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.
Bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.
Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üstünə su atıb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.
Gürcüstan xarici agentlər haqqında qanuna görə Aİ-yə namizəd statusunu itirə bilər
Xarici agentlər haqqında qanun ləğv edilmədiyi təqdirdə Avropa Komissiyası (AK) Gürcüstanı Avropa İttifaqına (Aİ) namizəd ölkə statusundan məhrum edə bilər.
Bu barədə "Foreign Policy" Aİ-nin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir.
Həmsöhbətin sözlərinə görə, ən çox ehtimal olunan ssenari 2024-cü ilin oktyabrında qanun ləğv edilmədiyi təqdirdə, Avropa Komissiyası Gürcüstan hökumətinə namizəd ölkə statusunu təsdiqləməyəcəyi barədə məlumat verəcək. Qeyd olunur ki, Aİ ölkələrinin xarici işlər nazirləri mayın sonunda görüşəcəklər və çox güman ki, qanunun tətbiqinə mümkün reaksiyanı müzakirə edəcəklər.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti etirazlara baxmayaraq, xarici agentlər haqqında təklifi üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanun layihəsinə veto qoyub. Gürcüstan rəhbəri qeyd edib ki, qanunda heç bir dəyişiklik nəzərdə tutulmur, buna görə də ləğv edilməlidir. Onun sözlərinə görə, xarici agentlər haqqında qanun Avropa İttifaqının Konstitusiyalarına və bütün istiqamətlərinə ziddir, buna görə də Avropa yolunda problem yaradır. Lakin Gürcüstan parlamenti səs çoxluğu ilə qanuna yenidən səs verməklə prezidentin vetosunu ləğv edə bilər.