https://sputnik.az/20240528/ermenistanda-sensasiya-polis-ii-qareginin-memoriala-getmesine-mane-olmaga-calisib---vdeo-464989096.html
Ermənistanda sensasiya: Polis II Qareginin memoriala getməsinə mane olmağa çalışıb - VİDEO
Ermənistanda sensasiya: Polis II Qareginin memoriala getməsinə mane olmağa çalışıb - VİDEO
Sputnik Azərbaycan
Ermənistan tarixində şok: Katalikosu abidəyə buraxmadılar
2024-05-28T16:59+0400
2024-05-28T16:59+0400
2024-05-28T18:32+0400
dünya xəbərləri
ermənistan
ii qaregin
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/08/425666262_0:0:2932:1649_1920x0_80_0_0_bd619d0ae84870ec14d255cff3746ce6.jpg
BAKI, 28 may - Sputnik. Çərşənbə axşamı polis bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına mane olmağa çalışıb. Sosial şəbəkə səhifələrində onlarla hüquq-mühafizə orqanı əməkdaşının Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsməsinin görüntülərini yayıb. Ancaq bir neçə dəqiqə sonra II Qaregin memorialın yanına çatmağa nail ola bilib. Qeyd edək ki, müstəqil Ermənistanın tarixində indiyədək belə hadisələr baş verməyib.Ermənistanın baş naziri Nikol Paşinyan da prezident Vaaqn Xaçaturyan və spiker Alen Simonyanla birlikdə Birinci Respublikanın 106-cı ildönümü şərəfinə paradın keçirildiyi Sardarapat memorial kompleksini ziyarət edib. Paşinyan çıxışında qeyd edib ki, bu gün xalqın müstəqil respublikanın yaradılması ilə bağlı arzularının reallaşmasının simvoludur."Respublika hakimiyyətin aşağıdan başlayaraq cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə formalaşan bir vahiddir. Respublika elit qrupların deyil, xalqın, vətəndaşın arzu və ideyalarının təcəssümü olmalıdır. Əks halda xalq Ermənistanda yaşayacaq, amma uzun illərdir olduğu kimi, başqa yerdə yaşamaq arzusunda olacaq" - Paşinyan deyib. Hökumət başçısı arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” etiraz hərəkatının üzvləri oradan ayrıldıqdan bir neçə saat sonra kompleksə baş çəkib. Etirazçılar mayın 27-nə keçən gecə baş nazirin səfərinin qarşısını almaq üçün ora gediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/08/425666262_0:0:2732:2048_1920x0_80_0_0_2e4f0dc529e794cf160d9a3b3f6cb90f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paşinyan, ii qaregin, katalikos, polis, abidə, ermənistan
paşinyan, ii qaregin, katalikos, polis, abidə, ermənistan
Ermənistanda sensasiya: Polis II Qareginin memoriala getməsinə mane olmağa çalışıb - VİDEO
16:59 28.05.2024 (Yenilənib: 18:32 28.05.2024) Hüquq-mühafizə orqanlarının əməkdaşları Sardarapat memorialına yaxınlaşan II Qareginin yolunu kəsiblər.
BAKI, 28 may - Sputnik. Çərşənbə axşamı polis bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına mane olmağa çalışıb.
Sosial şəbəkə səhifələrində onlarla hüquq-mühafizə orqanı əməkdaşının Erməni Apostol Kilsəsinin rəhbəri və onu müşayiət edən ruhanilərin yolunu kəsməsinin görüntülərini yayıb.
Ancaq bir neçə dəqiqə sonra II Qaregin memorialın yanına çatmağa nail ola bilib.
Qeyd edək ki, müstəqil Ermənistanın tarixində indiyədək belə hadisələr baş verməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan da prezident Vaaqn Xaçaturyan və spiker Alen Simonyanla birlikdə Birinci Respublikanın 106-cı ildönümü şərəfinə paradın keçirildiyi Sardarapat memorial kompleksini ziyarət edib. Paşinyan çıxışında qeyd edib ki, bu gün xalqın müstəqil respublikanın yaradılması ilə bağlı arzularının reallaşmasının simvoludur.
"Respublika hakimiyyətin aşağıdan başlayaraq cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə formalaşan bir vahiddir. Respublika elit qrupların deyil, xalqın, vətəndaşın arzu və ideyalarının təcəssümü olmalıdır. Əks halda xalq Ermənistanda yaşayacaq, amma uzun illərdir olduğu kimi, başqa yerdə yaşamaq arzusunda olacaq" - Paşinyan deyib.
Hökumət başçısı arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” etiraz hərəkatının üzvləri oradan ayrıldıqdan bir neçə saat sonra kompleksə baş çəkib. Etirazçılar mayın 27-nə keçən gecə baş nazirin səfərinin qarşısını almaq üçün ora gediblər.