Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan Xalq Cümhuriyyəti - Yüz altı illik şərəfli tarix

Abunə olmaq
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Azərbaycan xalqı üçün əlamətdar hadisə olub. İlk respublikanın formalaşmasının əsas mərhələləri barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk parlamentli dövlət kimi tarixə düşüb, Azərbaycan xalqının dövlətçiliyinin formalaşmasında mühüm rol oynayıb.
AXC parlamentinin qəbul etdiyi İstiqlal Bəyannaməsi respublikanın bütün xalqlarına suveren hüquqlar verib.

"Azərbaycan Xalq Cümhuriyyəti öz hüdudları daxilində milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin edir", - Bəyannamənin dördüncü bəndində deyilir.

Azərbaycan dili ölkədə rəsmi dil elan edilib (sənədlərdə türk dili kimi qeyd olunur), respublikanın dövlət bayrağı, himni və gerbi təsdiq edilib.
Bundan əlavə, AXC Şərqdə ilk dəfə onlara səsvermə hüququ verməklə qadın bərabərliyinin əsasını qoyub.
1919-cu ildə Azərbaycan nümayəndə heyəti AXC-in müstəqilliyini tanımaq məqsədi ilə Paris Sülh Konfransına yollanır. 1920-ci ilin yanvarında danışıqların yekunlarına əsasən, nümayəndə heyətinin rəhbəri, Respublika Parlamentinin sədri Əlimərdan-bəy Topçubaşova respublikanın rəsmi tanınması haqqında konfransın rəsmi sənədi təqdim edilib.
AXC-in formalaşma və inkişafı dövrü çətin daxili və xarici siyasi şəraitdə keçsə də, o zaman Bakı hərbi sistemdə və iqtisadiyyatda islahatlara nail ola bilib. Bununla da hakimiyyət neft sənayesini ağır vəziyyətdən çıxarıb, Azərbaycan Dövlət Bankını təsis edib, milli pul nişanlarını dövriyyəyə buraxıb.
Respublika Azərbaycan xalqının təhsilinin, milli mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfələrlə də yadda qalıb.
AXC Azərbaycan dövlətçilik tarixində və xalqın parlament mədəniyyətində dərin və zəngin iz qoyub.
Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik günü haqqında" qanuna əsasən, bu il mayın 28-i Azərbaycanda ilk dəfə Respublika Günü kimi deyil, Müstəqillik Günü kimi qeyd olunur.
Onun qəbulu ilə 28 May - Respublika Günü və 18 oktyabr - Dövlət Müstəqilliyi Günü adları dəyişdirilib. Mayın 28-i Müstəqillik günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0