Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azərbaycan Prezidenti Ağdamın dörd kəndinin təməlini qoyub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub
Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Abunə olmaq
Prezident İlham Əliyev Ağdam rayonunun Güllücə, Nəmirli, Şotlanlı və Tağıbəyli kəndlərinin təməlqoyma mərasimində iştirak edib.
BAKI, 28 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə, Nəmirli, Şotlanlı və Tağıbəyli kəndlərinin təməlqoyma mərasimində iştirak edib.
Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Şotlanlı kəndinə üç min nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 750 ev tikiləcək, ilkin mərhələdə isə 205 ailənin köçürülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır.
Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.
Nəmirli kəndinə ilkin mərhələdə 179 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Nəmirli kəndinə 3036 nəfərin köçürülməsi planlaşdırılır, bunun üçün 759 fərdi ev inşa ediləcək, ilkin mərhələdə isə kəndə 179 ailənin köçürülməsi nəzərdə tutulub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır, bu da Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır.
İlk mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.
Güllücə kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Güllücə kəndində 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur, bunun üçün 1042 fərdi ev inşa ediləcək, ilkin mərhələdə də 113 ailənin köçürülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, layihələndirilən ərazi i 388,44 hektardır, bu da Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaq. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaq.
Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada, həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.
Tağıbəyli kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır
Ağdam rayonunun Tağıbəyli kəndinə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 885 fərdi ev inşa ediləcək, ilkin mərhələdə də 108 ailənin köçürülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, layihələndirilən ərazi 255,31 hektardır, bu da Tağıbəyli və Suma kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən sahə 78,05 hektardır və buraya 108 ailənin köçürülməsi planlaşdırılır. Bu mərhələdə tikiləcək 108 evin 22-si ikiotaqlı, 54-ü üçotaqlı, 27-si dördotaqlı, 5-i isə beşotaqlı olacaq.
Bundan başqa, kənddə 264 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, sənətkarlıq emalatxanası, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu və bazar kompleksi inşa ediləcək.
Xəbər lenti
0