CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları nə ilə qidalandırmalı? Səhiyyə Nazirliyindən analara tövsiyələr

© Sputnik / Кирилл Брага / Mediabanka keçidYeni doğulmuş körpə, arxiv
Yeni doğulmuş körpə, arxiv - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Abunə olmaq
Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, yalnız 6 aydan sonra ana südü ilə yanaşı, südü kəsməmək şərti ilə əlavə qidalar da verilə bilər.
BAKI, 28 may — Sputnik. "Alimlər təsdiq ediblər ki, ana 2 il körpəsinə süd verməlidir. 6 ay körpəyə yalnız ana südü verlməlidir. Yalnız 6 aydan sonra ana südü ilə yanaşı, südü kəsməmək şərti ilə əlavə qidalar da verilə bilər".
Bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova açıqlayıb.
Onun sözlərinə görə, doğuşdan sonra yaranan ilk ana südü "kolostrum" və ya "ağız südü" adlanır: "Doğuşdan sonra yaranan ilk süd körpələrin ilk günlərində həzm sistemini təmizləmə təsirinə malikdir. Bu da sarılıq kimi ağırlaşmaların riskini azaltmağa, həmçinin körpələri infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Doğuşdan sonrakı ilk verilən süd qidalandırıcı və immuniteti gücləndirən xüsusiyyətləri ilə yanaşı, analar və körpələr arasında güclü bir əlaqə qurmağa da kömək edir. Bu səbəbdən ilk 6 ay uşaq yalnız ana südü almalıdır, 2 yaşına qədər isə ana südü almağı məsləhətdir. Onu da qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin uşağa psixloji olaraq heç bir neqativ təsiri yoxdur".
A.Zeynalova qeyd edib ki, ilk 6 ay ərzində uşağa heç bir əlavə qida və ya su verməyə ehtiyac yoxdur: "Ana südü ilə qidalandırmanı doğuşdan sonrakı ilk saat ərzində başlasanız, bu proses daha asan olar, çünki həmin vaxt körpənin refleksləri çox güclü olur. Əgər körpənizi doğuşdan dərhal sonra döşünüzə qoymasanız, bunu imkan daxilində mümkün qədər tez edin. Körpənin döşünüzə qoyulması üçün köməyə ehtiyacınız varsa, peşəkar laktasiya məsləhətçisindən və ya başqa bir ixtisaslı mütəxəssisdən kömək istəyə bilərsiniz. Tez-tez təkrarlanan dəri təması və körpənin döşə qoyulması ana südü ilə qidalandırmanı davam etdirməyə kömək edəcək".
Xəbər lenti
0