https://sputnik.az/20240528/abs-dovlet-katibinden-tebrik-azerbaycan-hokumeti-ile-islemeye-haziriq-464982119.html
ABŞ Dövlət katibindən təbrik: Azərbaycan hökuməti ilə işləməyə hazırıq
ABŞ Dövlət katibindən təbrik: Azərbaycan hökuməti ilə işləməyə hazırıq
Sputnik Azərbaycan
Blinken Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqlədiyini bildirib. 28.05.2024, Sputnik Azərbaycan
2024-05-28T10:35+0400
2024-05-28T10:35+0400
2024-05-28T10:35+0400
siyasət
entoni blinken
antoni blinken
abş dövlət katibi
abş dövlət departamenti
müstəqillik
"azərbaycanın müstəqillik günü"
müstəqillik günü
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452180016_0:160:3072:1888_1920x0_80_0_0_94f208686823d298a4e838d97ca14d73.jpg
BAKI, 28 may - Sputnik. Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalıqının Müstəqillik Gününü təbrik edirəm.Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir:“Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır. Biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”. A.Blinken əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan Konstitusiyasına uyğun olaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklə paralel şəkildə davam edəcək.“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, - deyə Antoni Blinken qeyd edib.
https://sputnik.az/20240528/azerbaycan-xalq-cumhuriyyeti---yuz-alti-illik-serefli-tarix--464971002.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452180016_171:0:2902:2048_1920x0_80_0_0_ee9ae1c1c7a47d32940ca0406c72ee28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, antoni blinken, abş dövlət katibi, abş dövlət departamenti, müstəqillik, "azərbaycanın müstəqillik günü", müstəqillik günü
entoni blinken, antoni blinken, abş dövlət katibi, abş dövlət departamenti, müstəqillik, "azərbaycanın müstəqillik günü", müstəqillik günü
ABŞ Dövlət katibindən təbrik: Azərbaycan hökuməti ilə işləməyə hazırıq
Blinken Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqlədiyini bildirib.
BAKI, 28 may - Sputnik. Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalıqının Müstəqillik Gününü təbrik edirəm.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
Bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir:
“Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır. Biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”.
A.Blinken əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan Konstitusiyasına uyğun olaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklə paralel şəkildə davam edəcək.
“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, - deyə Antoni Blinken qeyd edib.