https://sputnik.az/20240528/a-ranla-ticaret-dovriyyesinin-daha-da-artacagina-emindir-464991172.html
Aİİ İranla ticarət dövriyyəsinin daha da artacağına əmindir
Aİİ İranla ticarət dövriyyəsinin daha da artacağına əmindir
Sputnik Azərbaycan
Hazırda Aİİ ölkələri ilə İran arasında tam formatlı azad ticarət sazişi ratifikasiya prosedurlarından keçir. 28.05.2024, Sputnik Azərbaycan
2024-05-28T20:53+0400
2024-05-28T20:53+0400
2024-05-28T21:20+0400
iqtisadiyyat
aii
iran
ticarət dövriyyəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_0:17:2991:1699_1920x0_80_0_0_ba469c3e29d6003ec3c09348601dbde1.jpg
BAKI, 28 may - Sputnik. Avrasiya İqtisadi ittifaqı ilə İran arasında ticarət dövriyyəsi son beş ildə iki dəfədən çox artıb. Avrasiya İqtisadi Komissiyası ticarətin artım tempini saxalayacaqlarından əmindir. Bu barədə Aİİ-nin mətbuat xidmətinin məlumatında deyilir. Moskvada AİK-in Kollegiyasının sədri Bakıtjan Saqintayev və İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali arasında görüş keçirilib. Görüş zamanı tərəflər Avrasiyaya inteqrasiyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb və Aİİ-nin beynəlxalq fəaliyyətin prioritetlərini müzakirə ediblər. "Onların ən mühümlərindən biri 2023-cü ilin dekabrında imzalanmış yeni sazişə uyğun olaraq İranla qarşılıqlı fəaliyyətdir. Sənədə əsasən, Aİİ ilə İran arasında ticarət mallarının dövriyyəsinin 90%-i rüsumsuz həyata keçiriləcək" - mətbuat xidməti bildirib.Saqintayev əmin olduğunu bildirib ki, saziş ticarət dövriyyəsinin artırılmasına, ticarət və əməkdaşlıq əlaqələrinin şaxələndirilməsinə zəmin yaradacaq və bu, tərəflərə keyfiyyətcə yeni səviyyəyə qalxmağa imkan verəcək. Hazırda Aİİ ölkələri ilə İran arasında tam formatlı azad ticarət sazişi ratifikasiya prosedurlarından keçir.Mətbuat xidməti həmçinin bildirib ki, müvəqqəti ticarət sazişinin qüvvədə olduğu son beş il ərzində Aİİ ilə İran arasında ticarət dövriyyəsi 2019-cu ildəki 2,4 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara yüksəlib.Tərəflər həmçinin sənaye əməkdaşlığının perspektivlərini, o cümlədən nəqliyyat və tranzit məsələlərini müzakirə ediblər. Bundan əlavə, forumlar və işgüzar dialoqlar vasitəsilə işgüzar əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər. Saqintayev İranı payızda Yerevanda keçiriləcək Avrasiya İqtisadi Forumunda iştirak etməyə dəvət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_122:0:2851:2047_1920x0_80_0_0_67f9d978c617563cbf087bb60f6c50e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aii, iran, ticarət dövriyyəsi
aii, iran, ticarət dövriyyəsi
Aİİ İranla ticarət dövriyyəsinin daha da artacağına əmindir
20:53 28.05.2024 (Yenilənib: 21:20 28.05.2024) Hazırda Aİİ ölkələri ilə İran arasında tam formatlı azad ticarət sazişi ratifikasiya prosedurlarından keçir.
BAKI, 28 may - Sputnik. Avrasiya İqtisadi ittifaqı ilə İran arasında ticarət dövriyyəsi son beş ildə iki dəfədən çox artıb. Avrasiya İqtisadi Komissiyası ticarətin artım tempini saxalayacaqlarından əmindir. Bu barədə Aİİ-nin mətbuat xidmətinin məlumatında deyilir.
Moskvada AİK-in Kollegiyasının sədri Bakıtjan Saqintayev və İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali arasında görüş keçirilib. Görüş zamanı tərəflər Avrasiyaya inteqrasiyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb və Aİİ-nin beynəlxalq fəaliyyətin prioritetlərini müzakirə ediblər.
"Onların ən mühümlərindən biri 2023-cü ilin dekabrında imzalanmış yeni sazişə uyğun olaraq İranla qarşılıqlı fəaliyyətdir. Sənədə əsasən, Aİİ ilə İran arasında ticarət mallarının dövriyyəsinin 90%-i rüsumsuz həyata keçiriləcək" - mətbuat xidməti bildirib.
Saqintayev əmin olduğunu bildirib ki, saziş ticarət dövriyyəsinin artırılmasına, ticarət və əməkdaşlıq əlaqələrinin şaxələndirilməsinə zəmin yaradacaq və bu, tərəflərə keyfiyyətcə yeni səviyyəyə qalxmağa imkan verəcək.
Hazırda Aİİ ölkələri ilə İran arasında tam formatlı azad ticarət sazişi ratifikasiya prosedurlarından keçir.
Mətbuat xidməti həmçinin bildirib ki, müvəqqəti ticarət sazişinin qüvvədə olduğu son beş il ərzində Aİİ ilə İran arasında ticarət dövriyyəsi 2019-cu ildəki 2,4 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara yüksəlib.
Tərəflər həmçinin sənaye əməkdaşlığının perspektivlərini, o cümlədən nəqliyyat və tranzit məsələlərini müzakirə ediblər. Bundan əlavə, forumlar və işgüzar dialoqlar vasitəsilə işgüzar əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.
Saqintayev İranı payızda Yerevanda keçiriləcək Avrasiya İqtisadi Forumunda iştirak etməyə dəvət edib.