https://sputnik.az/20240527/tozlu-havada-xestelere-hekim-mecleheti-464971448.html
Tozlu havada xəstələrə həkim məsləhəti
Tozlu havada xəstələrə həkim məsləhəti
Sputnik Azərbaycan
Terapevt bildirib ki, havada tozun miqdarının artıq olması xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir. 27.05.2024, Sputnik Azərbaycan
2024-05-27T16:26+0400
2024-05-27T16:26+0400
2024-05-27T16:50+0400
cəmiyyət
hava
toz
şərait
azərbaycan
həkim
xəstəlik
baş ağrısı
qaşınma
https://cdnn1.img.sputnik.az/img/41910/78/419107884_0:59:1920:1139_1920x0_80_0_0_068c2ad550128395a365e5eccd3d4c61.jpg
BAKI, 27 may — Sputnik. Mayın 26-da səhər saatlarında havada tozun miqdarı normadan 1.3, gün ərzində isə 3-3.5 dəfəyədək artıb. Milli Hidrometeorologiya Xidmətinin son məlumatına görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir. Bəs görəsən tozlu havanın orqanizm üçün hansı təhlükəsi var? Sputnik Azərbaycan-ın sualını Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Araz Hüseynov cavablandırıb. O bildirib ki, havada tozun miqdarının artıq olması xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir. "Havada tozun miqdarının artması havanı çirkləndirir ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxardır. İnsanlarda nəfəs darlığı, ümumi halsızlıq, yorğunluq, baş ağrısı, gözdə qaşınma, həssaslığın artmasına gətirib çıxarda bilər" - həkim bildirib.Onun sözlərinə görə, bu cür hava şəraitində xroniki xəstəliklərdən isə ağciyər xəstəlikləri üçün, bronxial astma simptomlarının kəskinləşməsinə səbəb olur."Bu hava şəraiti boğulmalara belə gətirib çıxarır. Xroniki obstruktiv ağciyər xəstəliyinin də simptomlarında artma müşahidə olunur. Allergik reaksiyalara da səbəb olur. Dəridə qaşınmalara yol açır" - A.Hüseynov bildirib. Terapevt əlavə edib ki, tozlu hava insult riskini də artırır:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41910/78/419107884_162:0:1759:1198_1920x0_80_0_0_43907c662b01411d389ff3cc1382c22a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hava, toz, şərait, azərbaycan, həkim, xəstəlik, baş ağrısı, qaşınma
hava, toz, şərait, azərbaycan, həkim, xəstəlik, baş ağrısı, qaşınma
Tozlu havada xəstələrə həkim məsləhəti
16:26 27.05.2024 (Yenilənib: 16:50 27.05.2024) Eksklüziv
Terapevt bildirib ki, havada tozun miqdarının artıq olması xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir.
BAKI, 27 may — Sputnik. Mayın 26-da səhər saatlarında havada tozun miqdarı normadan 1.3, gün ərzində isə 3-3.5 dəfəyədək artıb. Milli Hidrometeorologiya Xidmətinin son məlumatına görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.
Bəs görəsən tozlu havanın orqanizm üçün hansı təhlükəsi var?
Sputnik Azərbaycan-ın sualını Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Araz Hüseynov cavablandırıb.
O bildirib ki, havada tozun miqdarının artıq olması xroniki xəstəlikləri olanlar üçün təhlükəlidir.
"Havada tozun miqdarının artması havanı çirkləndirir ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxardır. İnsanlarda nəfəs darlığı, ümumi halsızlıq, yorğunluq, baş ağrısı, gözdə qaşınma, həssaslığın artmasına gətirib çıxarda bilər" - həkim bildirib.
Onun sözlərinə görə, bu cür hava şəraitində xroniki xəstəliklərdən isə ağciyər xəstəlikləri üçün, bronxial astma simptomlarının kəskinləşməsinə səbəb olur.
"Bu hava şəraiti boğulmalara belə gətirib çıxarır. Xroniki obstruktiv ağciyər xəstəliyinin də simptomlarında artma müşahidə olunur. Allergik reaksiyalara da səbəb olur. Dəridə qaşınmalara yol açır" - A.Hüseynov bildirib.
Terapevt əlavə edib ki, tozlu hava insult riskini də artırır:
"Tozlu havada qorunmağın yolu mümkün qədər açıq havada çox olmamaq, evdən çıxdıqda tibbi maska istifadə etməkdir. Həmçinin gün eynəklərindən də istifadə tövsiyə olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.