Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil nazirinə yeni müavin təyin olundu

© Sputnik / Павел Бедняковməmur
məmur - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Yeni nazir müavini Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.
BAKI, 27 may — Sputnik. Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 27 may tarixli sərəncamına əsasən, Xudiyev Rəşad Xəlil oğlu MR təhsil nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Təhsil Nazirliyində aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.
Xatırladaq ki, bundan əvvəl də Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib. Sərəncama əsasən, Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0