Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ruben Vardanyanın apellyasiya şikayətinə cavab verildi

© Photo : State Security Service (Azerbaijan)Ruben Vardanyan, arxiv
Ruben Vardanyan, arxiv - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
BAKI, 27 may — Sputnik. Bakı Apellyasiya Məhkəməsi Ruben Vardanyan barəsində qərar verib. Məhkəmə Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.
Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.
Vardanyan 2022-ci ilin noyabrında qondarma rejimin dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb. Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin ilk prezidentidir. Ötən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Onu Qarabağ separatçılarının "pul kisəsi" adlandırırdılar. Hesab edilirdi ki, Vardanyan Rusiyada qazandığı milyardlarla Qarabağın müstəqil subyekt kimi tanınmasına yardım edəcək. Onu "Qarabağın İvanişvilisi (Bidzina İvanişvili - Gürcüstanın sabiq baş naziri-red.)" adlandıranlar da vardı.
Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0