https://sputnik.az/20240527/nazirden-mekteblerde-yoxlamalarla-bagli-aciqlama-464957580.html
Nazirdən məktəblərdə yoxlamalarla bağlı açıqlama
Nazirdən məktəblərdə yoxlamalarla bağlı açıqlama
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, ikinci istiqamət daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. 27.05.2024, Sputnik Azərbaycan
2024-05-27T18:16+0400
2024-05-27T18:16+0400
2024-05-27T18:16+0400
məktəb
təhsil
yoxlama
nazir
emin əmrullayev
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:180:2121:1373_1920x0_80_0_0_c4a0eadc5db9371e237204ee7bb02f58.jpg
BAKI, 27 may — Sputnik. Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır: Nazir bildirib ki, regional idarələrin də bu yoxlamalarda yaxından iştirakı üçün tədbirlər görülür."Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk", - nazir bildirib.Xatırladaq ki, ötən həftə paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461312342_0:0:1885:1414_1920x0_80_0_0_a52fe9925fff8b88c5647ab7959678d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, yoxlama, nazir, emin əmrullayev, təhsil
məktəb, yoxlama, nazir, emin əmrullayev, təhsil
Nazirdən məktəblərdə yoxlamalarla bağlı açıqlama
Emin Əmrullayev bildirib ki, ikinci istiqamət daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır.
BAKI, 27 may — Sputnik. Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır:
"Bu yoxlamalar iki istiqamətdə aparılır. Yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır. Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq".
Nazir bildirib ki, regional idarələrin də bu yoxlamalarda yaxından iştirakı üçün tədbirlər görülür.
"Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk", - nazir bildirib.
Xatırladaq ki, ötən həftə paytaxtın 39, 182, 153 və 151 saylı tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları, direktor müavinlərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Belə ki, 39 nömrəli tam orta məktəbdə bəzi dərnəklərin tədris olunmadığı, kiçik xidmətedici işçilərin işə davamiyyətinin zəif olduğu, təsərrüfat işləri üzrə direktor müavininin oğlunun tabeliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilib. Eyni zamanda sənədləşmə işlərində və dərsə davamiyyətdə nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
182 nömrəli tam orta məktəbdə aparılan yoxlama zamanı dərnəklərin düzgün tərtib olunmadığı, məktəbdə repetitor fəaliyyətinin həyata keçirildiyi müəyyən edilib. Bununla yanaşı, sənədləşmə işlərində nöqsanlar aşkarlanıb, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
153 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərslərin tədris olunmasında nöqsanlar olduğu, məktəbə dalandar təyin edilmiş işçinin, ümumiyyətlə, iş yerində heç vaxt olmadığı, kiçik xidmətedici işçilərin öz vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilib. Eyni zamanda məktəbin şagirdinin ölkə xaricində olmasına baxmayaraq qiymətləndirmə aparıldığı, bəzi şagirdlərin həftənin müəyyən günlərində dərslərdə iştirak etmədikləri halda, fənn müəllimləri tərəfindən formal olaraq qiymətləndirildikləri aşkar edilib, təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
151 nömrəli tam orta məktəbdə dərnək və dərsdənkənar məşğələlərin tədris olunmadığı, uzun müddət dərsdə olmayan muəllimlərin əvəzinə jurnalda qeydlər aparıldığı, həmçinin tədris olunmalı olan dərslərin tədris olunmadığı, şagird davamiyyətinin zəif olduğu aşkarlanıb. Təhsil müəssisəsinin təlim-tərbiyə işləri üzrə direktor müavininə, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.