Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin deputatları Rusiyada səfərdədirlər

© iStock.com / Sergey SokolnikovMoskva Kremli, arxiv
Moskva Kremli, arxiv - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Səfər Rusiya Federal Məclisi Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri İqor Karasinin dəvəti əsasında baş tutub.
BAKI, 27 may — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Rusiyanın paytaxtı Moskva şəhərinə səfər ediblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Rusiya Federal Məclisi Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri İqor Karasinin dəvəti əsasında baş tutan səfər zamanı deputatlarımız bir sıra görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Səfər mayın 29-da başa çatacaq.
Xatırladaq ki, bundan öncə Milli Məclisin deputatları Rauf Əliyev, İltizam Yusifov, Jalə Əliyeva və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0