https://sputnik.az/20240527/fransa-terefi-emin-olmalidir-ki-texribatlar-cavabsiz-qalmayacaq---xn-464946019.html
Fransa tərəfi əmin olmalıdır ki, təxribatlar cavabsız qalmayacaq - XİN
Fransa tərəfi əmin olmalıdır ki, təxribatlar cavabsız qalmayacaq - XİN
Sputnik Azərbaycan
Bu ölkənin "demokratiya" pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi... 27.05.2024, Sputnik Azərbaycan
2024-05-27T11:42+0400
2024-05-27T11:42+0400
2024-05-27T12:06+0400
ayxan hacızadə
fransa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_0:56:923:575_1920x0_80_0_0_121f84f6845f2b012da5687226a58e3a.jpg
BAKI, 27 may — Sputnik. Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı "diktatura" adlandırması məsələsi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib: O qeyd edib ki, bununla yanaşı, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. "Buna görə də, Azərbaycanı "diktatura" adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq" - A.Hacızadə deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/02/455520922_42:0:882:630_1920x0_80_0_0_1d7b563f045d4e9dba465ab863560368.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayxan hacızadə, fransa, azərbaycan
ayxan hacızadə, fransa, azərbaycan
Fransa tərəfi əmin olmalıdır ki, təxribatlar cavabsız qalmayacaq - XİN
11:42 27.05.2024 (Yenilənib: 12:06 27.05.2024) Bu ölkənin "demokratiya" pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir.
BAKI, 27 may — Sputnik. Fransa tərəfi əmin olmalıdır ki, Azərbaycana qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycanı "diktatura" adlandırması məsələsi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib:
"Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. Bu ölkənin "demokratiya" pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir".
O qeyd edib ki, bununla yanaşı, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.
"Buna görə də, Azərbaycanı "diktatura" adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq" - A.Hacızadə deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.