https://sputnik.az/20240527/ermenistanda-aksiyacilar-ve-separatcilar-saxlanilib-464944238.html
Ermənistanda aksiyaçılar və separatçılar saxlanılıb
Ermənistanda aksiyaçılar və separatçılar saxlanılıb
Sputnik Azərbaycan
Mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarıda vətəndaş... 27.05.2024, Sputnik Azərbaycan
2024-05-27T11:05+0400
2024-05-27T11:05+0400
2024-05-27T11:18+0400
dünya xəbərləri
ermənistan
aksiya
etiraz
saxlanılan
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464943290_0:158:3077:1889_1920x0_80_0_0_bf79fb1e3bc45cbdbfeb161e0ae17552.jpg
BAKI, 27 may — Sputnik. Qarabağ separatçılarının nümayəndəsi, Xankəndinin "eks-meri" David Sarkisyan 20 günlük həbs edilib. Bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib. Bundan əvvəl təhlükəsizlik qüvvələri Sarkisyanın evində axtarış aparıb. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir. Xatırladaq ki, mayın 23-də Əskəranın "keçmiş meri" Hayk Şamiryanın İrəvanda saxlanıldığı barədə məlumat yayılmışdı. Müstəntiqlər Şamiryanın mənzilində axtarış aparıb, sonra onu saxlayıblar. Mayın 24-də Şamiryan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Mayın 25-də Ağdərə şəhərinin "keçmiş meri" Mişa Qyurdcyanın da saxlanıldığı xəbəri yayılıb. İstintaq Komitəsi bəyan edib ki, o, külli miqdarda əmlakı mənimsəməkdə şübhəli bilinir. Sputnik Ermənistan bildirir ki, İrəvanda 196 etirazçı saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanıılıblar. Mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistralları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb. Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlaması ilə bağlı razılığın əldə olunmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464943290_174:0:2903:2047_1920x0_80_0_0_d01f217734b80db048a84709d71cd555.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, aksiya, etiraz, saxlanılan
ermənistan, aksiya, etiraz, saxlanılan
Ermənistanda aksiyaçılar və separatçılar saxlanılıb
11:05 27.05.2024 (Yenilənib: 11:18 27.05.2024) Mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarıda vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.
BAKI, 27 may — Sputnik. Qarabağ separatçılarının nümayəndəsi, Xankəndinin "eks-meri" David Sarkisyan 20 günlük həbs edilib. Bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Sarkisyanın evində axtarış aparıb. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.
Xatırladaq ki, mayın 23-də Əskəranın "keçmiş meri" Hayk Şamiryanın İrəvanda saxlanıldığı barədə məlumat yayılmışdı. Müstəntiqlər Şamiryanın mənzilində axtarış aparıb, sonra onu saxlayıblar. Mayın 24-də Şamiryan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Mayın 25-də Ağdərə şəhərinin "keçmiş meri" Mişa Qyurdcyanın da saxlanıldığı xəbəri yayılıb. İstintaq Komitəsi bəyan edib ki, o, külli miqdarda əmlakı mənimsəməkdə şübhəli bilinir.
Sputnik Ermənistan bildirir ki, İrəvanda 196 etirazçı saxlanılıb.
Onlar İnzibati Xətalar Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanıılıblar.
Mayın 27-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb, İrəvanda dövlətlərarası magistralları, rayonlararası yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.
Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşla sərhədin delimitasiyasına başlaması ilə bağlı razılığın əldə olunmasından sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.