Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın dövlət büdcəsində neftin orta ixrac qiyməti 15 dollar artırılır

© AP Photo / Burhan OzbiliciКассир считает доллары, фото из архива
Кассир считает доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2024
Abunə olmaq
Hesablama Palatasının sədri bildirib ki, son 10 ildə 2-ci dəfədir ki, dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 75 ABŞ dolları müəyyənləşir.
BAKI, 27 may — Sputnik. Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barelinin orta illik ixrac qiymətinin 15 ABŞ dolları artırılması nəzərdə tutulur.
Maliyyə Nazirliyinin məlumatına əsasən, İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib.
Qeyd edək ki, Azərbaycan hökuməti 2024-cü ilin dövlət büdcəsinə dəyişiklik edir. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 87,3 ABŞ dolları olub. Bu və digər amillər nəzərə alaraq neftin büdcə qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılması gözlənilir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, son 10 ildə 2-ci dəfədir ki, dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 75 ABŞ dolları müəyyənləşir.
Əlavə edək ki, Maliyyə Nazirliyinin məlumatında deyilir ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36,3 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,1 milyard manat və ya 6,4 faiz çoxdur.
2024-cü il dövlət büdcəsində xərclər 39,7 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,9 milyard manat və ya 8 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0