https://sputnik.az/20240527/a-de-rusiya-rublunda-hesablasmalarin-payi-813-e-yukselib---ak-464957978.html
Aİİ-də Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə yüksəlib - AİK
Aİİ-də Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə yüksəlib - AİK
Sputnik Azərbaycan
ABŞ dollarında hesablaşmaların payı 26%-dən 11%-ə qədər azalıb, Qazaxıstan təngəsində hesablaşmaların payı isə 0,5%-dən 2,7%-ə qədər olaraq əhəmiyyətli... 27.05.2024, Sputnik Azərbaycan
2024-05-27T18:40+0400
2024-05-27T18:40+0400
2024-05-27T18:40+0400
rubl
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
komissiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289509_0:132:3078:1863_1920x0_80_0_0_c25a87ca04e1dbdf3672a92c08606bc9.jpg
BAKI, 27 may — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə qədər yüksəlib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib. 2023-cü ildə mal və xidmətlərin idxalı və ixracı üzrə qarşılıqlı hesablaşmalarda Aİİ valyutalarında ödənişlərin payı 84,6%-ə yüksəlib. 2014-cü illə müqayisədə artım demək olar ki, 14 faiz bəndi təşkil edib. Bundan əlavə, il ərzində Rusiya rublunda hesablaşmalar 4,1 faiz bəndi artıb. Aİİ-də digər valyutalarda hesablaşmaların payı 1,2 faiz bəndi artıb. Eyni zamanda, ABŞ dollarında hesablaşmaların payı azalıb: 26%-dən 11%-ə qədər. Rusiya rublundan əlavə, təngədə hesablaşmaların payı ən nəzərəçarpacaq dərəcədə artıb: 0,5%-dən 2,7%-ə qədər. Aİİ ölkələri ilə dünyanın digər ölkələri arasında hesablaşmalar da Rusiya rublu ilə həyata keçirilir. Onların ixrac üzrə ödənişlərdə payı 39,7% (2022-ci illə müqayisədə 10,5 faiz bəndi artım), idxal üzrə 31,2% (artım 0,9 faiz bəndi) təşkil edib. Xatırladaq ki, Özbəkistan 2018-ci ildən etibarən Aİİ-də rəsmi müşahidəçi statusu alıb. Bu status ölkəyə təşkilatın tamhüquqlu üzvü olmasa da, ittifaqın fəaliyyətində iştirak etmək və onun işini müşahidə etmək imkanı verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/12/440289509_347:0:3078:2048_1920x0_80_0_0_4eafb260580e885eadf6b2058febe420.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rubl, avrasiya iqtisadi ittifaqı, komissiya
rubl, avrasiya iqtisadi ittifaqı, komissiya
Aİİ-də Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə yüksəlib - AİK
ABŞ dollarında hesablaşmaların payı 26%-dən 11%-ə qədər azalıb, Qazaxıstan təngəsində hesablaşmaların payı isə 0,5%-dən 2,7%-ə qədər olaraq əhəmiyyətli dərəcədə artıb.
BAKI, 27 may — Sputnik. Avrasiya İqtisadi İttifaqında (Aİİ) Rusiya rublunda hesablaşmaların payı 81,3%-ə qədər yüksəlib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib.
2023-cü ildə mal və xidmətlərin idxalı və ixracı üzrə qarşılıqlı hesablaşmalarda Aİİ valyutalarında ödənişlərin payı 84,6%-ə yüksəlib. 2014-cü illə müqayisədə artım demək olar ki, 14 faiz bəndi təşkil edib.
Bundan əlavə, il ərzində Rusiya rublunda hesablaşmalar 4,1 faiz bəndi artıb. Aİİ-də digər valyutalarda hesablaşmaların payı 1,2 faiz bəndi artıb.
Eyni zamanda, ABŞ dollarında hesablaşmaların payı azalıb: 26%-dən 11%-ə qədər. Rusiya rublundan əlavə, təngədə hesablaşmaların payı ən nəzərəçarpacaq dərəcədə artıb: 0,5%-dən 2,7%-ə qədər.
Aİİ ölkələri ilə dünyanın digər ölkələri arasında hesablaşmalar da Rusiya rublu ilə həyata keçirilir. Onların ixrac üzrə ödənişlərdə payı 39,7% (2022-ci illə müqayisədə 10,5 faiz bəndi artım), idxal üzrə 31,2% (artım 0,9 faiz bəndi) təşkil edib.
Xatırladaq ki, Özbəkistan 2018-ci ildən etibarən Aİİ-də rəsmi müşahidəçi statusu alıb. Bu status ölkəyə təşkilatın tamhüquqlu üzvü olmasa da, ittifaqın fəaliyyətində iştirak etmək və onun işini müşahidə etmək imkanı verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.