SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 26.05.2024
Abunə olmaq
Uqanda Prezidenti Yoveri Kaquta Museveni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKI, 26 may - Sputnik. Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.
Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".
***
Uqanda Prezidenti Yoveri Kaquta Museveni Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Uqanda Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz ortaq məqsədlər naminə birgə çalışır və biz əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həmçinin xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik. Əminəm ki, xalqlarımızın ənənəvi yaxın münasibətləri qarşıdakı illərdə genişlənməkdə və inkişaf etməkdə davam edəcəkdir.
Ölkənizin tarixindəki bu önəmli günü qeyd edərkən Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri.
28 May – Müstəqillik Günü münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.
Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm mərhələni təcəssüm etdirməklə yanaşı, Azərbaycan xalqının müstəqil, demokratik və dünyəvi dövlət qurmaq uğrunda əzmkar mübarizəsinin rəmzidir.
Bu bayram günündə illər boyu Azərbaycanda rəhbər tutulan azadlıq, demokratiya və öz müqəddəratını təyinetmə kimi ali dəyərləri böyük iftixar hissi ilə alqışlayıram. Bu günün qeyd edilməsi milli kimliyin, suverenliyə olan sadiqliyin bir daha təsdiqlənməsi və bütün Azərbaycan vətəndaşları arasında birlik bağlarının möhkəmləndirilməsi üçün bir imkandır.
Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında diplomatik əlaqələrin 20-ci ildönümünü qeyd etdiyimiz bu ildə ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərini daha da dərinləşdirə və genişləndirə biləcəyimizə ümidvar olduğumu vurğulayıram.
Əminəm ki, xalqlarımızın rifahı və ölkələrimizin davamlı inkişafı naminə Timor-Lestenin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) tamhüquqlu üzvlük prosesinə aid imkanları araşdırmağa davam edə, habelə ölkəmizin bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatına
166-cı üzv dövlət kimi qəbul olunmasından birlikdə faydalana bilərik.
Qoy, Azərbaycanın Müstəqillik Günü sevinc və qürur hissi ilə qeyd olunsun! Azərbaycan Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inkişafını davam etdirsin!
Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımı bildirərək, Zati-alinizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və rifah arzulayıram".
25.04.24
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.
Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.
Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq".
Səudiyyə Ərəbistanın kralı və Krallığın vəliəhdi
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud da Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilr:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına isə davamlı inkişaf, rifah arzu edirəm.
Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da Prezident İlham Əliyevi təbrik edib. O, məktubunda Azərbaycanın Müstəqillik Günü münasibətilə prezidenti təbrik edib.
"Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına isə daha çox inkişaf, firavanlıq arzu edirəm. Zati-alinizə xoş arzularımızı və dərin hörmətimizi bildiririk" - vəliəhd yazıb.
Niderland, Belçika və İspaniya kralları
Niderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.
İspaniyanın Kralı VI Felipe:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".
Belçikalıların Kralı Filip:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".
Niderlandın Kralı Villem-Aleksandr:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".
Xəbər lenti
0