https://sputnik.az/20240526/avropali-alimler-ve-siyasetciler-danisiqlara-baslamaga-cagirirlar-464919227.html
Avropalı alimlər və siyasətçilər danışıqlara başlamağa çağırırlar
Avropalı alimlər və siyasətçilər danışıqlara başlamağa çağırırlar
Sputnik Azərbaycan
Məktubu İtaliya, Fransa, Almaniya və Finlandiya universitetlərinin alimləri imzalayıblar. 26.05.2024, Sputnik Azərbaycan
2024-05-26T08:04+0400
2024-05-26T08:04+0400
2024-05-26T08:04+0400
rusiya
dünya xəbərləri
ukrayna
italiya
viktor orban
alimlər
britaniyalı alimlər
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438616432_0:0:3078:1731_1920x0_80_0_0_a51bff432731dd9c06407e197383d1ae.jpg
BAKI, 26 may — Sputnik. Avropa ölkələri Rusiya və Ukrayna arasında hər iki dövlətin iştirakı ilə sülh danışıqlarına başlamalıdır. Bu fikir Avropadakı elm adamları və siyasətçilərin açıq məktubunda ifadə olunub. Məktubu İtaliya, Fransa, Almaniya və Finlandiya universitetlərinin alimləri imzalayıblar. Onların arasında keçmiş deputat Lusiana Kastellina, İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Can Cakomo Miqone və Beynəlxalq Sülh Bürosunun keçmiş baş katibi Kolin Arçer də var. Məktubda deyilir: "Bu addım Papa Fransiskin hərarətli çağırışına layiqli cavab olacaq. Avropa İttifaqı danışıqlarda vasitəçi olmalıdır. İlkin görüşlərdə münaqişəyə son qoymaq imkanlarını və Aİ dövlətləri, Rusiya Federasiyası və Ukraynanın dinc yanaşı yaşaması variantlarını müzakirə etmək lazımdır." Alimlər və siyasətçilər əmindirlər ki, bu məsələ gündəmdə olmalıdır. Avropa Parlamentinə, siyasi partiyalara və hökumətlərə seçkilərə namizədlərdən bunu öz proqramlarına daxil etmələri tələb olunur. Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlara ehtiyac olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu, Ukrayna böhranının həlli üçün lazımdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438616432_347:0:3078:2048_1920x0_80_0_0_edb6963160e1d0747519ff39d9c1af28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, ukrayna, italiya, viktor orban, alimlər, britaniyalı alimlər
rusiya, ukrayna, italiya, viktor orban, alimlər, britaniyalı alimlər
Avropalı alimlər və siyasətçilər danışıqlara başlamağa çağırırlar
Məktubu İtaliya, Fransa, Almaniya və Finlandiya universitetlərinin alimləri imzalayıblar.
BAKI, 26 may — Sputnik. Avropa ölkələri Rusiya və Ukrayna arasında hər iki dövlətin iştirakı ilə sülh danışıqlarına başlamalıdır.
Bu fikir Avropadakı elm adamları və siyasətçilərin açıq məktubunda ifadə olunub.
Məktubu İtaliya, Fransa, Almaniya və Finlandiya universitetlərinin alimləri imzalayıblar. Onların arasında keçmiş deputat Lusiana Kastellina, İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Can Cakomo Miqone və Beynəlxalq Sülh Bürosunun keçmiş baş katibi Kolin Arçer də var.
Məktubda deyilir: "Bu addım Papa Fransiskin hərarətli çağırışına layiqli cavab olacaq. Avropa İttifaqı danışıqlarda vasitəçi olmalıdır. İlkin görüşlərdə münaqişəyə son qoymaq imkanlarını və Aİ dövlətləri, Rusiya Federasiyası və Ukraynanın dinc yanaşı yaşaması variantlarını müzakirə etmək lazımdır."
Alimlər və siyasətçilər əmindirlər ki, bu məsələ gündəmdə olmalıdır. Avropa Parlamentinə, siyasi partiyalara və hökumətlərə seçkilərə namizədlərdən bunu öz proqramlarına daxil etmələri tələb olunur.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlara ehtiyac olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu, Ukrayna böhranının həlli üçün lazımdır.