https://sputnik.az/20240526/aqressiya-depressiya-ve-urek-doyuntuleri-enerji-ickileri-usaqlar-ucun-tehlukelidirmi-464822427.html
Aqressiya, depressiya və ürək döyüntüləri: enerji içkiləri uşaqlar üçün təhlükəlidirmi?
Aqressiya, depressiya və ürək döyüntüləri: enerji içkiləri uşaqlar üçün təhlükəlidirmi?
Sputnik Azərbaycan
Rusiya Dövlət Duması yeniyetmələrə enerji içkilərinin satışını qadağan edən qanun layihəsini nəzərdən keçirir. 26.05.2024, Sputnik Azərbaycan
2024-05-26T19:42+0400
2024-05-26T19:42+0400
2024-05-26T20:07+0400
içki
səhiyyə
uşaqlar
stress
stress
depressiya
depressiya
enerji içkiləri
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_0:201:2925:1846_1920x0_80_0_0_352228a112f0b89084a4b85a78a65a7d.jpg
BAKI, 26 may — Sputnik. Uşaqlara və yeniyetmələrə enerji içkilərinin satışını qadağan etmək cəhdləri dəfələrlə olub. Qanun layihəsi ötən ilin yanvarından hazırlanır. Ancaq indi, bu qanun nəhayət ki, bütün fraksiyaların deputatları tərəfindən dəstəklənib. Bunu Rusiya Dövlət Dumasının aşağı palatasının spikeri Vyaçeslav Volodinin öz "Telegram" kanalında yazıb. "Yüksək dozada enerji içkisi içmək hipertoniya, ürək-damar xəstəliyi, diabet və digər xəstəliklərin inkişafı riskini artırır", - Volodin qeyd edir. Spikeri bildirib ki, artıq bir çox regionlarda bu cür içkilərin pərakəndə satışına məhdudiyyətlər qoyulub. Lakin federal səviyyədə problem hələ də həll olunmayıb. Avqusta qədər bu mühüm qərarın qəbul edilməsi lazımdır. Moskva klinikalarından birinin baş həkimi, pediatr, tibb elmləri namizədi Yevgeni Timakov deyir ki, bir neçə amil bir anda mənfi təsir göstərir. Əvvəlcə başa düşmək lazımdır ki, yeniyetmələrdə orqanizmin bütün sistemləri hələ də formalaşır. Onların yetişməmiş endokrin orqanları və qeyri-sabit hormonal səviyyələri var ki, bu da sinir sisteminə ciddi təsir göstərir. Ümumiyyətlə, yeniyetmələrin orqanizmi üçün stresli bir dövrdür və buna da əlavə olaraq tərkibində kofein olan enerji içkisi qəbul edilərsə yan təsirlərin olma ehtimalı yüksəkdir. Həkimin sözlərinə görə, bir neçə araşdırmanın metaanalizi göstərib ki, enerji içkiləri uşaqlarda və yeniyetmələrdə (11-19 yaş) aşağıdakı yan təsirlərə səbəb ola bilər: * Ürək döyüntüsü (17,5%), döş qəfəsində ağrı və nəfəs darlığı. * Qarın ağrısı (14,5%), iştahanın azalması və mədə-bağırsaq traktının pozulması. * Əzələlərdə və beldə ağrılar (14,4%). * Baş ağrıları (20%), başgicəllənmə. * Stress, depressiv əhval-ruhiyyə, intihar düşüncələri və cəhdləri. Natalya Qavrilyuk vurğulayıb ki, onların tezliyi 35%-ə qədərdir! Əgər buna əlavə etsək ki, enerji içkiləri insanların həyatının ən sakit olmayan dövründə, məsələn, sessiya zamanı və ya layihələrin təhvil verilməsi zamanı rasiona qəbul edilərsə, o zaman intihar riski artır!.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/82/422798279_96:0:2827:2048_1920x0_80_0_0_b3111207d7093bb0070948a46511d315.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
içki, uşaqlar, stress, stress, depressiya, depressiya, enerji içkiləri
içki, uşaqlar, stress, stress, depressiya, depressiya, enerji içkiləri
Aqressiya, depressiya və ürək döyüntüləri: enerji içkiləri uşaqlar üçün təhlükəlidirmi?
19:42 26.05.2024 (Yenilənib: 20:07 26.05.2024) Rusiya Dövlət Duması yeniyetmələrə enerji içkilərinin satışını qadağan edən qanun layihəsini nəzərdən keçirir.
BAKI, 26 may — Sputnik. Uşaqlara və yeniyetmələrə enerji içkilərinin satışını qadağan etmək cəhdləri dəfələrlə olub. Qanun layihəsi ötən ilin yanvarından hazırlanır. Ancaq indi, bu qanun nəhayət ki, bütün fraksiyaların deputatları tərəfindən dəstəklənib.
Bunu Rusiya Dövlət Dumasının aşağı palatasının spikeri Vyaçeslav Volodinin öz "Telegram" kanalında yazıb.
"Yüksək dozada enerji içkisi içmək hipertoniya, ürək-damar xəstəliyi, diabet və digər xəstəliklərin inkişafı riskini artırır", - Volodin qeyd edir.
Spikeri bildirib ki, artıq bir çox regionlarda bu cür içkilərin pərakəndə satışına məhdudiyyətlər qoyulub. Lakin federal səviyyədə problem hələ də həll olunmayıb. Avqusta qədər bu mühüm qərarın qəbul edilməsi lazımdır.
Moskva klinikalarından birinin baş həkimi, pediatr, tibb elmləri namizədi Yevgeni Timakov deyir ki, bir neçə amil bir anda mənfi təsir göstərir. Əvvəlcə başa düşmək lazımdır ki, yeniyetmələrdə orqanizmin bütün sistemləri hələ də formalaşır. Onların yetişməmiş endokrin orqanları və qeyri-sabit hormonal səviyyələri var ki, bu da sinir sisteminə ciddi təsir göstərir. Ümumiyyətlə, yeniyetmələrin orqanizmi üçün stresli bir dövrdür və buna da əlavə olaraq tərkibində kofein olan enerji içkisi qəbul edilərsə yan təsirlərin olma ehtimalı yüksəkdir.
Həkimin sözlərinə görə, bir neçə araşdırmanın metaanalizi göstərib ki, enerji içkiləri uşaqlarda və yeniyetmələrdə (11-19 yaş) aşağıdakı yan təsirlərə səbəb ola bilər:
* Ürək döyüntüsü (17,5%), döş qəfəsində ağrı və nəfəs darlığı.
* Qarın ağrısı (14,5%), iştahanın azalması və mədə-bağırsaq traktının pozulması.
* Əzələlərdə və beldə ağrılar (14,4%).
* Baş ağrıları (20%), başgicəllənmə.
* Stress, depressiv əhval-ruhiyyə, intihar düşüncələri və cəhdləri.
Natalya Qavrilyuk vurğulayıb ki, onların tezliyi 35%-ə qədərdir! Əgər buna əlavə etsək ki, enerji içkiləri insanların həyatının ən sakit olmayan dövründə, məsələn, sessiya zamanı və ya layihələrin təhvil verilməsi zamanı rasiona qəbul edilərsə, o zaman intihar riski artır!.