https://sputnik.az/20240526/alimler-yerin-pis-ekizi-ola-bilecek-ekzoplanet-kesf-edibler-464899514.html
Alimlər Yerin "pis əkizi" ola biləcək ekzoplanet kəşf ediblər
Alimlər Yerin "pis əkizi" ola biləcək ekzoplanet kəşf ediblər
Sputnik Azərbaycan
Ekzoplanetin Günəş sistemindən cəmi 40 işıq ili uzaqlıqda olduğu bildirilir ki, bu da onu gələcək 30 metrlik teleskoplarla tədqiq etməyə imkan verir. 26.05.2024, Sputnik Azərbaycan
2024-05-26T20:21+0400
2024-05-26T20:21+0400
2024-05-26T20:21+0400
elm
yer planeti
yer planeti
yer kürəsi
planet
planet
əkiz
https://cdnn1.img.sputnik.az/img/42280/51/422805180_0:67:3403:1981_1920x0_80_0_0_57f25029355011914331b77a31a6504a.jpg
BAKI, 26 may — Sputnik. Yaponiyalı elm adamları Yerin əkizi və ya onun "pis əkizi" adlandırıla biləcək yeni ekzoplanet taparaq onu xarakterizə ediblər. Müvafiq tədqiqatın nəticələrini "The Astrophysical Journal Letters" paylaşıb. Qeyd edilib ki, yeni tədqiqatda NASA-nın TESS kosmik teleskopu və Yaponiya Milli Astronomiya Rəsədxanasının Subaru teleskopunun əldə etdiyi məlumatlardan istifadə etməklə Gleise 12 B planeti təsvir edilib. Ekzoplanetin Günəş sistemindən cəmi 40 işıq ili uzaqlıqda olduğu bildirilir ki, bu da onu gələcək 30 metrlik teleskoplarla tədqiq etməyə imkan verir. Hazırda yapon alimləri müəyyən ediblər ki, Gleise 12 B-nin radiusu Yerinkindən 4% azdır və yeni planetdə il cəmi 12,8 gün davam edir. O da məlum olub ki, planet Yerlə müqayisədə öz ulduzundan 1,6 dəfə çox radiasiya alır. Mütəxəssislər gələcəkdə Gleise 12 B-nin səthində maye suyun tapılacağını da ehtimal edirlər. Daha əvvəl alim Pavel Yuzefoviç demişdi ki, Yer kürəsinin sakinləri 2029-cu ilə qədər dünya vaxtını tənzimləməli və ondan bir saniyə "çıxarmalı"dırlar.
yer planeti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/51/422805180_337:0:3068:2048_1920x0_80_0_0_730f00e5821124cd2cd14952975996dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yer planeti, yer planeti, yer kürəsi, planet, planet, əkiz
yer planeti, yer planeti, yer kürəsi, planet, planet, əkiz
Alimlər Yerin "pis əkizi" ola biləcək ekzoplanet kəşf ediblər
Ekzoplanetin Günəş sistemindən cəmi 40 işıq ili uzaqlıqda olduğu bildirilir ki, bu da onu gələcək 30 metrlik teleskoplarla tədqiq etməyə imkan verir.
BAKI, 26 may — Sputnik. Yaponiyalı elm adamları Yerin əkizi və ya onun "pis əkizi" adlandırıla biləcək yeni ekzoplanet taparaq onu xarakterizə ediblər.
Müvafiq tədqiqatın nəticələrini "The Astrophysical Journal Letters" paylaşıb.
Qeyd edilib ki, yeni tədqiqatda NASA-nın TESS kosmik teleskopu və Yaponiya Milli Astronomiya Rəsədxanasının Subaru teleskopunun əldə etdiyi məlumatlardan istifadə etməklə Gleise 12 B planeti təsvir edilib.
Ekzoplanetin Günəş sistemindən cəmi 40 işıq ili uzaqlıqda olduğu bildirilir ki, bu da onu gələcək 30 metrlik teleskoplarla tədqiq etməyə imkan verir.
Hazırda yapon alimləri müəyyən ediblər ki, Gleise 12 B-nin radiusu Yerinkindən 4% azdır və yeni planetdə il cəmi 12,8 gün davam edir. O da məlum olub ki, planet Yerlə müqayisədə öz ulduzundan 1,6 dəfə çox radiasiya alır. Mütəxəssislər gələcəkdə Gleise 12 B-nin səthində maye suyun tapılacağını da ehtimal edirlər.
Daha əvvəl alim Pavel Yuzefoviç demişdi ki, Yer kürəsinin sakinləri 2029-cu ilə qədər dünya vaxtını tənzimləməli və ondan bir saniyə "çıxarmalı"dırlar.