https://sputnik.az/20240526/adi-siqareti-atdiqdan-sonra-elektron-siqareti-cekmek-xerceng-riskini-artirir-464822574.html
Adi siqareti atdıqdan sonra elektron siqareti çəkmək xərçəng riskini artırır
Adi siqareti atdıqdan sonra elektron siqareti çəkmək xərçəng riskini artırır
Sputnik Azərbaycan
Healthday: Siqaretdən imtina etdikdən sonra elektron siqaretləri çəkmək ağciyər xərçəngi və bu xətəlikdən ölüm riskini artırır. 26.05.2024, Sputnik Azərbaycan
2024-05-26T22:14+0400
2024-05-26T22:14+0400
2024-05-26T22:14+0400
siqaret
səhiyyə
elektron
xərçəng
xərçəng
xərçəng
xərçəng riski
https://cdnn1.img.sputnik.az/img/07e8/05/11/464718880_0:0:2178:1225_1920x0_80_0_0_84c0b07297ba9dbd202299f8dd60432f.jpg
BAKI, 26 may — Sputnik. 10 il əvvəl, elektron siqaretlərin populyarlığı artmağa başlayanda, istehsalçılar iddialı olaraq, veyplərin siqareti atmağa kömək etdiyini və tütün asılılığı ilə əlaqəli bütün xəstəliklərin inkişaf riskini azaltdığını söyləyiblər. Guya onlar təhlükəsizdir və adi siqaretə olan asılılıqdan qurtulmağa kömək edirlər. İndi bunun əksini göstərən daha çox araşdırma var. Məsələn, burada uzun illər ərzində 4,3 milyondan çox insanı birləşdirən ən son qlobal Koreya tədqiqatlarından birini qeyd etmək olar. Bu tədqiqatda kədərli bir hal ortaya çıxıb: siqareti atıb veyplərə keçənlərin ağciyər xərçənginin inkişafı və bu xəstəlikdən ölmə riskininin olması aydın olub. Tədqiqatda iştirak edən daimi siqaret çəkənlərdə də ağciyər xərçənginin inkişaf riski yüksək olub, lakin yenə də veypdən bir qədər azdır. Ən aşağı risk isə, müvafiq olaraq, siqaretdən tamamilə imtina edənlərdə, həm tütünü, həm də elektron cihazları tərgitmiş insanlardadır. Koreya komandası aşkar edib ki, bu tendensiya xüsusilə 50-80 yaş arası insanlarda özünü göstərib. Tədqiqatın müəllifi, Sonnamdakı Seul Milli Universitetinin dosenti Yonqvuk Kim qeyd edib ki, həkimlər siqareti tərgitmiş pasiyentlərə elektron siqaretlərin yüksək riski barədə xəbərdarlıq etməlidirlər. Bu yaxınlarda biz başqa bir araşdırma haqqında məlumat vermişik: adi siqaret və veypləri çəkənlərin ağzındakı epitel hüceyrələrinin epigenomunda dəyişikliklər eynidir. Epigenom kanserogenlərin təsirinə cavab olaraq mümkün dəyişikliklərə ilk reaksiya verir. Bu dəyişikliklər gələcəkdə ağciyər xərçənginin inkişaf riskinin artdığını göstərir. Alimlər bu tədqiqatda həmçinin sübut ediblər ki, veypləri çəkənlərdə xərçəngə tutulma riski siqaret çəkənlərdən heç də az deyil. Yeri gəlmişkən, artıq bir neçə ildir ki, elektron siqareti çox çəkən yeniyetmələr və gənclər arasında veyp xəstəliyi çox "məşhurdur" ki, bu da ağır nəfəs darlığı, öskürək və sinə ağrısı ilə müşayiət olunan kəskin ağciyər zədələnməsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/11/464718880_0:0:2178:1635_1920x0_80_0_0_d1e3d471fee558fd022e6cc5d57aedb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siqaret, elektron, xərçəng, xərçəng, xərçəng, xərçəng riski
siqaret, elektron, xərçəng, xərçəng, xərçəng, xərçəng riski
Adi siqareti atdıqdan sonra elektron siqareti çəkmək xərçəng riskini artırır
Healthday: Siqaretdən imtina etdikdən sonra elektron siqaretləri çəkmək ağciyər xərçəngi və bu xətəlikdən ölüm riskini artırır.
BAKI, 26 may — Sputnik. 10 il əvvəl, elektron siqaretlərin populyarlığı artmağa başlayanda, istehsalçılar iddialı olaraq, veyplərin siqareti atmağa kömək etdiyini və tütün asılılığı ilə əlaqəli bütün xəstəliklərin inkişaf riskini azaltdığını söyləyiblər. Guya onlar təhlükəsizdir və adi siqaretə olan asılılıqdan qurtulmağa kömək edirlər.
İndi bunun əksini göstərən daha çox araşdırma var. Məsələn, burada uzun illər ərzində 4,3 milyondan çox insanı birləşdirən ən son qlobal Koreya tədqiqatlarından birini qeyd etmək olar. Bu tədqiqatda kədərli bir hal ortaya çıxıb: siqareti atıb veyplərə keçənlərin ağciyər xərçənginin inkişafı və bu xəstəlikdən ölmə riskininin olması aydın olub. Tədqiqatda iştirak edən daimi siqaret çəkənlərdə də ağciyər xərçənginin inkişaf riski yüksək olub, lakin yenə də veypdən bir qədər azdır. Ən aşağı risk isə, müvafiq olaraq, siqaretdən tamamilə imtina edənlərdə, həm tütünü, həm də elektron cihazları tərgitmiş insanlardadır.
Koreya komandası aşkar edib ki, bu tendensiya xüsusilə 50-80 yaş arası insanlarda özünü göstərib. Tədqiqatın müəllifi, Sonnamdakı Seul Milli Universitetinin dosenti Yonqvuk Kim qeyd edib ki, həkimlər siqareti tərgitmiş pasiyentlərə elektron siqaretlərin yüksək riski barədə xəbərdarlıq etməlidirlər.
Bu yaxınlarda biz başqa bir araşdırma haqqında məlumat vermişik: adi siqaret və veypləri çəkənlərin ağzındakı epitel hüceyrələrinin epigenomunda dəyişikliklər eynidir. Epigenom kanserogenlərin təsirinə cavab olaraq mümkün dəyişikliklərə ilk reaksiya verir. Bu dəyişikliklər gələcəkdə ağciyər xərçənginin inkişaf riskinin artdığını göstərir. Alimlər bu tədqiqatda həmçinin sübut ediblər ki, veypləri çəkənlərdə xərçəngə tutulma riski siqaret çəkənlərdən heç də az deyil.
Yeri gəlmişkən, artıq bir neçə ildir ki, elektron siqareti çox çəkən yeniyetmələr və gənclər arasında veyp xəstəliyi çox "məşhurdur" ki, bu da ağır nəfəs darlığı, öskürək və sinə ağrısı ilə müşayiət olunan kəskin ağciyər zədələnməsidir.