https://sputnik.az/20240525/turkiyede-ukraynali-turistleri-polsalilar-evez-edibler-464845569.html
Türkiyədə ukraynalı turistləri polşalılar əvəz ediblər
Türkiyədə ukraynalı turistləri polşalılar əvəz ediblər
Sputnik Azərbaycan
Ötən il 840 min ukraynalı və 1 milyon 540 min polşalı turist Türkiyədə istirahət edib. Bu ilin birinci rübündə Ukraynadan gələn turistlərin sayı ötən illə... 25.05.2024, Sputnik Azərbaycan
2024-05-25T17:10+0400
2024-05-25T17:10+0400
2024-05-25T17:10+0400
türkiyə
dünya xəbərləri
rusiyalı turistlər
turistlər
ukrayna
polşa
antalya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_0:108:2997:1794_1920x0_80_0_0_46e7394080d1393931f98c7f85052e47.jpg
BAKI, 25 may — Sputnik. Polşalı turistlər türk bazarında ukraynalıları əvəz ediblər. "Ekonomim" qəzeti bu barədə yazıb. Dörd il ərzində Türkiyəyə gələn polyakların sayı iki dəfə artaraq 1,5 milyon nəfəri keçib. Eyni zamanda, ukraynalı turistlərin sayı 2 milyondan 800 min nəfərə qədər azalıb. Bu gün Polşalı turistlər xüsusilə Antalyaya gələn turistlərin sayına görə dördüncü yerə yüksəliblər. Bu il Polşalı turistlərin sayının ən azı 25% artacağı gözlənilir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2022-ci ildə Ukraynadan gələn turistlərin sayının 67,21% azaldığını, Polşalı turistlərin sayının isə 94,15% artdığını bildirib. Ötən il 840 min ukraynalı və 1 milyon 540 min polşalı turist Türkiyədə istirahət edib. Bu ilin birinci rübündə Ukraynadan gələn turistlərin sayı ötən illə müqayisədə 7%, Polşadan gələn turistlərin sayı isə 37,18% artıb. Aralıq dənizi mehmanxanaçıları və turoperatorları assosiasiyasının rəhbəri Kaan Kavaloğlunun sözlərinə görə, Polşa bazarı Ukrayna bazarının itkilərini əhəmiyyətli dərəcədə ödəyib. O qeyd edib ki, bu gün Türkiyəyə ən böyük marağı ingilislər, almanlar və rusiyalılar göstərirlər. Polşa sürpriz bir ölkə olub. "Keçən il Antalyaya 1 milyona yaxın polşalı turist qəbul etdik" deyən Kavaloğlu, bu il 1 milyon 250 mindən çox polyak turistinin gələcəyinin gözlənildiyini söyləyib. Bundan əvvəl Antalyaya səfər edən əcnəbilər arasında Rusiya vətəndaşlarının üstünlük təşkil etdiyi barədə məlumat verilmişdi. Belə ki, hesablamalara görə, 2023-cü ildə 3 milyon 461 min 762 rusiyalı Antalyanı ziyarət edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_237:0:2968:2048_1920x0_80_0_0_c975f91f71e8e3844809fafb2c2eb5aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
türkiyə, rusiyalı turistlər, turistlər, ukrayna, polşa, antalya
türkiyə, rusiyalı turistlər, turistlər, ukrayna, polşa, antalya
Türkiyədə ukraynalı turistləri polşalılar əvəz ediblər
Ötən il 840 min ukraynalı və 1 milyon 540 min polşalı turist Türkiyədə istirahət edib. Bu ilin birinci rübündə Ukraynadan gələn turistlərin sayı ötən illə müqayisədə 7%, Polşadan gələn turistlərin sayı isə 37,18% artıb.
BAKI, 25 may — Sputnik. Polşalı turistlər türk bazarında ukraynalıları əvəz ediblər.
"Ekonomim" qəzeti bu barədə yazıb.
Dörd il ərzində Türkiyəyə gələn polyakların sayı iki dəfə artaraq 1,5 milyon nəfəri keçib. Eyni zamanda, ukraynalı turistlərin sayı 2 milyondan 800 min nəfərə qədər azalıb. Bu gün Polşalı turistlər xüsusilə Antalyaya gələn turistlərin sayına görə dördüncü yerə yüksəliblər. Bu il Polşalı turistlərin sayının ən azı 25% artacağı gözlənilir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2022-ci ildə Ukraynadan gələn turistlərin sayının 67,21% azaldığını, Polşalı turistlərin sayının isə 94,15% artdığını bildirib.
Ötən il 840 min ukraynalı və 1 milyon 540 min polşalı turist Türkiyədə istirahət edib. Bu ilin birinci rübündə Ukraynadan gələn turistlərin sayı ötən illə müqayisədə 7%, Polşadan gələn turistlərin sayı isə 37,18% artıb.
Aralıq dənizi mehmanxanaçıları və turoperatorları assosiasiyasının rəhbəri Kaan Kavaloğlunun sözlərinə görə, Polşa bazarı Ukrayna bazarının itkilərini əhəmiyyətli dərəcədə ödəyib. O qeyd edib ki, bu gün Türkiyəyə ən böyük marağı ingilislər, almanlar və rusiyalılar göstərirlər. Polşa sürpriz bir ölkə olub. "Keçən il Antalyaya 1 milyona yaxın polşalı turist qəbul etdik" deyən Kavaloğlu, bu il 1 milyon 250 mindən çox polyak turistinin gələcəyinin gözlənildiyini söyləyib.
Bundan əvvəl Antalyaya səfər edən əcnəbilər arasında Rusiya vətəndaşlarının üstünlük təşkil etdiyi barədə məlumat verilmişdi. Belə ki, hesablamalara görə, 2023-cü ildə 3 milyon 461 min 762 rusiyalı Antalyanı ziyarət edib.