CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 25 may – FOTO

© Sputnik / Elnur Salayev25 may
25 may - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 25 may — Sputnik. Mayın 25-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 25-də kim anadan olub?
Georgi Qreçko (1931 - 2017) - Sovet kosmonavtı və iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır. O, ümumi müddəti 134 gün 20 saat 32 dəqiqə 58 saniyə olan üç kosmik uçuşu həyata keçirib.
© Sputnik / Sergey Mamontov / Mediabanka keçidGeorgi Qreçko
Летчик-космонавт Георгий Гречко на презентации своей книги Космонавт №34. От лучины до пришельцев в торговом доме Библио-Глобус в Москве - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Georgi Qreçko
Yan Makkellen (1939) ingilis aktyorudur. O, "İks adamlar", "Üzüklərin hökmdarı" və "Hobbit" kimi iri büdcəli beynəlxalq film layihələrində iştirakı sayəsində dünya şöhrəti qazanıb. Aktyor 70-dən çox teatr tamaşasında və 60 filmdə rol alıb.
© AFP 2023 / NIKLAS HALLE'NSir Ien Makkellen
Sir Ien Makkellen - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Sir Ien Makkellen
Aleksandr Kalyagin (1942) - Sovet və Rusiya aktyoru, teatr və kino rejissoru, RSFSR xalq artistidir. O, Moskvanın "Et Cetera" teatrının yaradıcısı və bədii rəhbəri (1993-cü ildən), Rusiya Teatr Xadimləri İttifaqının sədridir (1996-2023).
© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçid Aleksandr Kalyagin
Руководитель театра Эт Сетера Александр Калягин в день открытия сезона в новом здании театра, 2005 год - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Aleksandr Kalyagin
Killian Mörfi (1976) - irlandiyalı aktyor və "Oskar" mükafatının qalibidir. O, "28 gün sonra", "Ayrılıq", "Gecə uçuşu" və s. filmlərdə rol alıb.
© Richard Shotwell / Invision / APKillian Mörfi
Killian Mörfi  - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Killian Mörfi
25 May tarixində dünyada baş verən tarixi hadisələr
1706-cı ildə Moskvada hərbi xəstəxana açılıb. Bu xəstəxana Rusiyada ilk dövlət tibb müəssisəsi olub (indiki N. N. Burdenko adına Baş Hərbi Klinik Hospitaldır).
1953-cü ildə ABŞ-da ilk və yeganə nüvə artilleriya sınağı keçirilib.
1979-cu ildə Çikaqoda "DC-10" təyyarəsi qəzaya uğrayıb. Bu qəzada ikisi Yerdə olmaqla 273 nəfər həlak olub.
2001-ci ildə amerikalı Erik Vayhenmayer Comolunqma zirvəsinə qalxan ilk kor insan olub.
2002-ci ildə Tayvan üzərində "Boeing 747" təyyarəsi qəzaya uğrayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0