Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Şuşalıların "Böyük Qayıdış"ı: Növbəti köç karvanı Şuşaya çatıb

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb.
BAKI, 25 may — Sputnik. Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Şuşada sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Şuşaya 32 ailə – 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
13.05.24, 12:05
Sabah Şuşaya növbəti köç olacaq.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şuşalıların bir hissəsi doğma şəhərinə yola salınacaq.
Qeyd edək ki, ötən həftə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçürülüb.
3 May, 11:10
"Şuşadan məcburi köçkün düşəndən bugünədək Bakıda özümü qonaq hesab etmişəm. Artıq son günlərdir, əbədi olaraq Şuşaya, öz doğma torpağımızın daimi sakini olmaq üçün geri qayıdırıq. İllərdir həsrətini çəkdiyimiz saf havalı Şuşaya geri dönürük. Bir də heç vaxt tərk etməmək, itirməmək ümidilə". Şuşadan çıxanda gənc ailə olduğunu deyən Nazimə Məhərrəmovanın bu gün ən çox təəssüfləndiyi Şuşaya ömür-gün yoldaşı ilə birgə qayıda bilməməsidir. O, illərdir bu günü həsrətlə gözləyən həyat yoldaşının "Şuşa-Şuşa" deyə-deyə dünyadan köçdüyünü söyləyir. Hərdən qəhərlənən, hərdən isə gözündən sevinc yaşları axan Nazimə xanım 32 il əvvəl övladlarının əlindən tutaraq məcburi tərk etdiyi Şuşaya nəvələrinin əlindən turaraq geri qayıdır.
Beləcə, düz 32 ildən sonra öz təmiz havası, füsunkar təbiəti, saf suları ilə hər kəsi öz cəlalına heyran buraxan Şuşaya ilk köç baş tutur. Əşyalar yeşiklərə qablaşdırılıb, mebellər sökülüb, paltarlar çamadanlara yığılıb. Azərbaycan Tibb Universitetinin 7 saylı yataqxanasında illərdir tələbə olmadan məcburi tələbə həyatı yaşayan Şuşa sakinləri öz yurdlarına geri dönürlər.
Şuşaya ilk köç karvanında yer alan şuşalılar öz sevinclərini Sputnik Azərbaycan-la bölüşüblər.
© Sputnik / Zullfiye GuluyevaMəhərrəmova Nazimənın əşyaları
Məhərrəmova Nazimə - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Məhərrəmova Nazimənın əşyaları
Nazimə Məhərrəmova deyir ki, artıq onların yataqxana həyatı başa çatır.
"Tələbə olmadan tələbə yataqxanasına sığınmaq, təmiz havası olan Şuşadakı geniş evlərimizi qoyub Bakıda darısqal, dörd divar arasında yaşamaq heç kəsə asan gəlməsin. Bu 32 ildə biz çox çətinliklər yaşadıq, amma bir gün də olsun Şuşaya qayıtmaq ümidimizi itirmədik" - deyir Nazimə xanım.
Şuşanı məcburi tərk etdiyi günləri belə xatırlayır həmsöhbətimiz:

"Fevral ayı idi, Xocalıdan sonra Şuşadan da ailələri çıxartdılar. Amma kişilər könüllü müdafiə dəstələri yaratdıqlarından Şuşanı tərk etmədilər. Şuşa işğal olunduqdan sonra biz bir neçə ay Ağcabədidə yaşadıq. Sonra Bakıda bu yataqxanaya yerləşdik. Şuşanı itirmək bizim üçün ən doğmamızı itirmək qədər ağır idi. Bu dərddən mənim ayaqlarım tutuldu. Hərdən elə bilirdim ki, ayaqlarım bir də Şuşa işğaldan azad edildikdə, Şuşaya gedəndə açılacaq. Çox ağır günlər idi. Yerləşdiyimiz bina tələbə yataqxanası idi. Nə suyu vardı, nə şəraiti. Biz çətinliklə də olsa, o ağır günlərə sinə gərdik. Üç övladımızı çətinliklə də olsa, böyüdüb boya-başa çatdırdıq. İndi övladlarım Şuşada işləyir. Biz də Şuşaya geri qayıdırıq".

© Sputnik / Zullfiye GuluyevaMəhərrəmova Nazimə
Məhərrəmova Nazimə - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Məhərrəmova Nazimə
Nazimə Məhərrəmova Şuşanı qəhrəmancasına işğaldan azad edən Azərbaycan ordusuna, onun Ali Baş Komandanına ömür boyu minnətdar olacağını söyləyir.
"Azərbaycanın mərd oğlanları Şuşanı yağı tapdağından azad etməklə bizim illərdir əsir saxlanılan mədəniyyətimizi xilas etdilər. Şuşa mədəniyyətin beşiyidir. Bu torpaqda neçə dahilər yetişib. Artıq Xanın ruhu, Cabbarın, Bülbülün ruhu şaddır" - Nazimə Məhərrəmova söyləyir.
© SputnikNazimə Məhərrəmovanın yaşadığı bina
Nazimə Məhərrəmovanın yaşadığı bina - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Nazimə Məhərrəmovanın yaşadığı bina
Şuşa işğaldan azad olunduqdan sonra ilk imkan düşən kimi öz doğma yurduna gedən Nazimə xanım Şuşanın hər qarışı üçün qəribsədiyini söyləyir. Deyir ki, ən böyük arzusu Şuşada uyuyan doğmalarının məzarına getməkdir, amma qəbiristanlığı kol-kos basdığından hələ ziyarət edə bilməyib.
© Sputnik / Zullfiye GuluyevaMəhərrəmova Nazimə və Kərimov Mehralı
Məhərrəmova Nazimə və Kərimov Mehralı - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Məhərrəmova Nazimə və Kərimov Mehralı
"Şuşa mənim cavanlığımın xatirəsidir. O yollarla gedəndə uşaqlığıma, gəncliyimə, övladlarımın əlindən tutub məktəbə apardığım günlərə geri qayıdıram. Şuşanın hər cığırından xatirələrimiz boylanır. Biz illərdir o xatirələrə geri qayıdaraq həmin anları bir də yaşayacağımız günü gözləmişik. Nə qədər doğmamız bu ümidlə həyatını itirib. Amma mən inanıram ki, biz onları burada dəfn etsək də, ruhları Şuşada dolaşır. Çünki, biz bütün ruhumuzla öz torpağımıza bağlıyıq. Bir gün belə Şuşaya qayıtmaq ümidimizi itirmədik. Bəlkə də buna görə Şuşanı, hər kəsin alınmaz adlandırdığı Şuşanı biz geri ala bildik" - müsahibimiz söyləyir.
Nazimə xanım danışdıqca düz 32 il əvvəl Şuşanı müdafiə etdiyi günlərə qayıdan qaynı Mehralı Kərimovun da gözləri dolur. Bu dəfə sevinc yaşları ilə. Deyir ki, Azərbaycanın mərd oğulları onların edə bilmədiyini etdi, Şuşanı düşməndən geri aldı:

"Şuşanı mayın 8-də itirdik. Bu böyük itki idi bizim üçün. Əgər qüvvələr bərabər olsaydı, bəlkə də biz Şuşanı düşmənə verməzdik. Amma o dövrdə Şuşanı indiki kimi nizami ordu yox, könüllü dəstələr müdafiə edirdi. Biz bacardığımızı edirdik, amma Şuşanı qoruya bilmədik. Düz 30 ildən sonra Azərbaycanın igid oğlanları hərb tarixinə öz adlarını qızıl hərflərlə yazdırdılar. Şuşanı qayalara dırmaşaraq, o yerlərə bələd olmaya-olmaya əlbəyaxa döyüşlə aldılar. Belə bir döyüş hərb tarixində görülməmişdi. Onlar qayalarla dırmaşaraq düşmənin canına vəlvələ saldılar. Biz qəhrəman oğlanlarımızla qürur duyuruq".

© Sputnik / Zullfiye GuluyevaMəhərrəmova Nazimənin arxiv şəkilləri
Məhərrəmova Nazimə - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Məhərrəmova Nazimənin arxiv şəkilləri
Bir neçə dəfə Şuşaya gedib-gələn Mehralı dayı həyatda ən böyük arzusunun Şuşada daimi yaşamaq olduğunu söyləyir. Deyir ki, 32 ildir bu günü gözləyib. Artıq yataqxanada yaşayanlar tədricən Şuşaya köçürülür. Mehralı dayının dili ilə desək, "tələbə həyatı başa çatır". Axı 32 il tələbə olmaq olmaz, həm də ömrünün ixtiyar çağında...
Mayın 8-də işğal olunmuş mədəniyyət paytaxtımıza qayıdış məhz bu ərəfədə başlayır
"Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda yaşayış yeri ilə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.
İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0