DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda qaz kəmrində partlayış baş verib: Ölən və xəsarət alanlar var

© AFP 2023 / ATTA KENAREİranda təcili yardım
İranda təcili yardım - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
BAKI, 25 may - Sputnik. İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.
Bu barəsə ISNA agentliyi məlumat yayıb.
Şəhər administrasiyası rəhbərinin sözlərinə görə, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.
"Abdananda qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İki fəhlə ölüb, ikisi yaralanıb" - məlumatda deyilir.
İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
Xəbər lenti
0