Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Qarabağda Ermənistana məxsus HHM sistemi aşkarlanıb - VİDEO + FOTO

© AR Ministry of DefenceQarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Qarabağda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
BAKI, 25 may - Sputnik. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.
© AR Ministry of DefenceQarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb
Xəbər lenti
0