DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan helikopterinin sərhəddə təcili eniş etməli olduğunu təsdiqləyib - VİDEO

© Sputnik / Рамиль СитдиковNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Ermənistanın Baş naziri sosial şəbəkə hesabında yazıb ki, pis hava şəraiti ilə əlaqədar olaraq helikopter Vanadzorda plansız yerə eniş edib.
BAKI, 25 may - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Vanadzorda uçduğu helikopterin təcili eniş etdiyini təsdiqləyib.
“Əzizlərim, pis hava şəraiti ilə əlaqədar olaraq, helikopterimiz Vanadzorda plansız yerə eniş etdi. İndi maşınla yolumuza davam edirik. Hamımıza xoş günlər diləyirəm” - Paşinyan sosial şəbəkə hesabında yazıb.
***
Ermənistanın baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna (Lori rayonu) məcburi eniş edib.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, Ermənistan hökumətinin başçısı Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Taşirə gedirmiş.
Qeyd edək ki, səhər tezdən KİV Ermənistanın baş nazirinin bu gün Tavuş vilayətinin Bağanis kəndinə səfər edəcəyi barədə məlumat yayıb.
Sputnik Ermənistan-ın müxbiri ilə söhbətində kənd sakinlərindən biri qeyd edib ki, onlar bu məlumatdan xəbərdardırlar, lakin səfərin məqsədi barədə heç nə bilmirlər.
Xəbər lenti
0