SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB liderləri İlham Əliyevi təbrik ediblər

© Sputnik / Сергей КарпухинMDB
MDB - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
MDB ölkələrinin liderləri İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubları ünvanlayıblar.
BAKI, 25 may - Sputnik. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.
Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.
İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım".
Türkmənistandan təbriklər
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Təbrikdə deyilir:
Sərdar Berdiməhəmmədov:
"Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.
Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Qurbanqulu Berdiməhəmmədov:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.
Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Lukaşenkodan təbrik
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezdenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Ölkəniz əsas bayramını Sizin müstəqil, suveren dövlət quruculuğu kursunuz sayəsində əldə olunmuş yüksək iqtisadi inkişaf nəticələri və beynəlxalq arenada uğurlarla qarşılayır.
Bu yaxınlarda dost Azərbaycana səfərimi səmimiyyətlə xatırlayıram. Səfər zamanı bizim üçün mühüm olan məsələlərin geniş spektrini etimada əsaslanan və konstruktiv məcrada müzakirə etdik.
Geniş məzmunlu danışıqların yekunları strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi, Minsk ilə Bakı arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını nümayiş etdirdi.
Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Tokayevdən təbrik
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.
Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.
Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Xəbər lenti
0