Azərbaycanın Qərb bölgələrinə narıncı, digər bölgələrə riskli sarı xəbərdarlıq verildi

© iStock.com / OzgurdonmazМужчина с зонтом на пляже в ветреную погоду
Мужчина с зонтом на пляже в ветреную погоду - Sputnik Azərbaycan, 1920, 25.05.2024
Abunə olmaq
Güclü küləklə bağlı Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq elan edilib.
BAKI, 25 may — Sputnik. Qərb bölgələri üçün mayın 25-də gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 18-20 m/s-dək güclənib.
***
Azərbaycana qar yağıb
Mayın 25-i saat 9:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20 mm, Qusar, Daşkəsəndə 17 mm, Yardımlıda 15 mm, Tovuzda 14 mm, Şəki, Qəbələdə 13 mm, Mingəçevirdə 12 mm, Qrız, Şəmkirdə 11 mm, Oğuzda 10 mm, Gəncədə 9 mm, Cəlilabad, Lerik, Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 mm-dək olub.
Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.
Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.
24.05.24, 19:00
Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 25-i günün birinci yarısında, 26-sı axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0