https://sputnik.az/20240525/budapest-moskva-ile-en-yuksek-seviyyede-temaslardan-imtina-etmek-niyyetinde-deyil-464868135.html
Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil
Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil
Sputnik Azərbaycan
Macarıstan hökuməti Rusiya Federasiyası ilə münasibətlərə tərəfdaşlıq kimi baxır. 25.05.2024, Sputnik Azərbaycan
2024-05-25T18:04+0400
2024-05-25T18:04+0400
2024-05-25T18:04+0400
macarıstan
dünya xəbərləri
budapeşt
rusiya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_0:0:3072:1728_1920x0_80_0_0_2c66c11a9fef25dda2854c67ae3e5153.jpg
BAKI, 25 may — Sputnik. Macarıstan hökuməti Rusiya ilə münasibətləri ümumi maraqlara əsaslanan tərəfdaşlıq kimi baxır. İki ölkə arasındakı münasibətləri bu cür qiymətləndirən Macarıstanın Baş naziri ofisinin rəhbəri Gergey Quyaş jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib. "Macarıstanın Rusiya ilə hazırkı münasibətlərini necə xarakterizə edə bilərsiz" sualına Quyaş iki ölkə arasındakı münasibətlərə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq kimi baxdığını qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil, ünsiyyət kanalları açıq olmalıdır. Diplomatın sözlərinə görə, Macarıstan hesab edir ki, ən çətin şəraitlərdə belə bir-biri ilə danışmağı bacarmaq lazımdır. Bu yaxınlarda Macarıstanın Baş nazirinin siyasi müşaviri Balaj Orban Avropa İttifaqının (Aİ) rəhbərliyinin Budapeştə qarşı açıq təhdidlər səsləndirdiyini bildirib. Eyni zamanda o, Macarıstan iqtisadiyyatının səslənən təhdidlərə tab gətirəcək qədər güclü olduğuna da əminliyini ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/03/442478320_240:0:2971:2048_1920x0_80_0_0_08a4a12d113642348a2918c57f42081b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
macarıstan, budapeşt, rusiya, avropa ittifaqı
macarıstan, budapeşt, rusiya, avropa ittifaqı
Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil
Macarıstan hökuməti Rusiya Federasiyası ilə münasibətlərə tərəfdaşlıq kimi baxır.
BAKI, 25 may — Sputnik. Macarıstan hökuməti Rusiya ilə münasibətləri ümumi maraqlara əsaslanan tərəfdaşlıq kimi baxır.
İki ölkə arasındakı münasibətləri bu cür qiymətləndirən Macarıstanın Baş naziri ofisinin rəhbəri Gergey Quyaş jurnalistlər üçün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
"Macarıstanın Rusiya ilə hazırkı münasibətlərini necə xarakterizə edə bilərsiz" sualına Quyaş iki ölkə arasındakı münasibətlərə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq kimi baxdığını qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Budapeşt Moskva ilə ən yüksək səviyyədə təmaslardan imtina etmək niyyətində deyil, ünsiyyət kanalları açıq olmalıdır. Diplomatın sözlərinə görə, Macarıstan hesab edir ki, ən çətin şəraitlərdə belə bir-biri ilə danışmağı bacarmaq lazımdır.
Bu yaxınlarda Macarıstanın Baş nazirinin siyasi müşaviri Balaj Orban Avropa İttifaqının (Aİ) rəhbərliyinin Budapeştə qarşı açıq təhdidlər səsləndirdiyini bildirib. Eyni zamanda o, Macarıstan iqtisadiyyatının səslənən təhdidlərə tab gətirəcək qədər güclü olduğuna da əminliyini ifadə edib.