https://sputnik.az/20240525/azerbaycanda-daha-iki-bank-legv-edildi-464916321.html
Azərbaycanda daha iki bank ləğv edildi
Azərbaycanda daha iki bank ləğv edildi
Sputnik Azərbaycan
2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib. 25.05.2024, Sputnik Azərbaycan
2024-05-25T17:30+0400
2024-05-25T17:30+0400
2024-05-25T18:55+0400
iqtisadiyyat
kredit
bank
bank
əmanət
əmanətlərin sığortalanması fondu
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 25 may - Sputnik. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.Bu barədə ƏSF məlumat yayıb.Bildirilib ki, 2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib."İki bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər 4 bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib və bu proses davam edir" - ƏSF-nin məlumatında deyilir.Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb. “Banklar haqqında” qanuna əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kredit, bank, bank, əmanət, əmanətlərin sığortalanması fondu
kredit, bank, bank, əmanət, əmanətlərin sığortalanması fondu
Azərbaycanda daha iki bank ləğv edildi
17:30 25.05.2024 (Yenilənib: 18:55 25.05.2024) 2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib.
BAKI, 25 may - Sputnik. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.
Bu barədə ƏSF məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub, onlardan 6-sı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib.
"İki bankın – “Azərbaycan Kredit Bankı” ASC və "Borçalı" KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər 4 bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat ekvivalentində kompensasiya, Fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib və bu proses davam edir" - ƏSF-nin məlumatında deyilir.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb. “Banklar haqqında” qanuna əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəklildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.