https://sputnik.az/20240525/abs-ideoloji-ucuncu-dunya-muharibesini-rusiya-ve-cine-uduzur-464876280.html
ABŞ ideoloji "üçüncü dünya müharibəsi"ni Rusiya və Çinə uduzur
ABŞ ideoloji "üçüncü dünya müharibəsi"ni Rusiya və Çinə uduzur
Sputnik Azərbaycan
Dünya hazırda "qlobal ideoloji üçüncü dünya müharibəsinə doğru gedir". Bu münaqişədə Moskvanın, Pekinin və onların müttəfiqlərinin maraqları Vaşinqtonun... 25.05.2024, Sputnik Azərbaycan
2024-05-25T20:40+0400
2024-05-25T20:40+0400
2024-05-25T20:40+0400
putin
dünya xəbərləri
abş
rusiya
çin
abş prezidenti cozef bayden
co bayden
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438834606_0:160:3072:1888_1920x0_80_0_0_028016f65ebc9fbc390b3299148c96c4.jpg
BAKI, 25 may — Sputnik. ABŞ ideoloji "üçüncü dünya müharibəsi"ni Rusiya və Çinə uduzur. Bu barədə "The Hill" məlumat yayıb. Nəşr izah edib ki, dünya hazırda "qlobal ideoloji üçüncü dünya müharibəsinə doğru gedir". Bu münaqişədə Moskvanın, Pekinin və onların müttəfiqlərinin maraqları Vaşinqtonun maraqlarına ziddir. Eyni zamanda, Amerika Birləşmiş Ştatları Tayvandakı potensial münaqişə, eləcə də Ukrayna və Yaxın Şərq böhranları ilə məşğul olur. Bundan əlavə, ABŞ-ın Saxara-Saxel bölgəsində nüfuz uğrunda mübarizə apardığı bildirilir. Məqalədə deyilir ki, Vaşinqton burada məğlub olur. Nəşrin müəllifləri hesab edirlər ki, Amerika lideri Co Bayden ABŞ-ın "üçüncü dünya müharibəsinin ortasında olduğunu" etiraf etmək istəmir. Üstəlik, prezident bu mübarizədə qalib gəlmək üçün heç bir tədbir görmür. Bu səbəbdən Bayden administrasiyası "hərbi potensialdan, silah istehsal etmək gücündən fəlakətli şəkildə korluq çəkir". Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Rusiya ilə Çin arasında münasibətlərin inkişafından narahat olduğunu bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438834606_171:0:2902:2048_1920x0_80_0_0_e3ea0cff04199ce6341bdc8fad719813.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, abş, rusiya, çin, abş prezidenti cozef bayden, co bayden
putin, abş, rusiya, çin, abş prezidenti cozef bayden, co bayden
ABŞ ideoloji "üçüncü dünya müharibəsi"ni Rusiya və Çinə uduzur
Dünya hazırda "qlobal ideoloji üçüncü dünya müharibəsinə doğru gedir". Bu münaqişədə Moskvanın, Pekinin və onların müttəfiqlərinin maraqları Vaşinqtonun maraqlarına ziddir.
BAKI, 25 may — Sputnik. ABŞ ideoloji "üçüncü dünya müharibəsi"ni Rusiya və Çinə uduzur.
Bu barədə "The Hill" məlumat yayıb.
Nəşr izah edib ki, dünya hazırda "qlobal ideoloji üçüncü dünya müharibəsinə doğru gedir". Bu münaqişədə Moskvanın, Pekinin və onların müttəfiqlərinin maraqları Vaşinqtonun maraqlarına ziddir.
Eyni zamanda, Amerika Birləşmiş Ştatları Tayvandakı potensial münaqişə, eləcə də Ukrayna və Yaxın Şərq böhranları ilə məşğul olur. Bundan əlavə, ABŞ-ın Saxara-Saxel bölgəsində nüfuz uğrunda mübarizə apardığı bildirilir. Məqalədə deyilir ki, Vaşinqton burada məğlub olur.
Nəşrin müəllifləri hesab edirlər ki, Amerika lideri Co Bayden ABŞ-ın "üçüncü dünya müharibəsinin ortasında olduğunu" etiraf etmək istəmir. Üstəlik, prezident bu mübarizədə qalib gəlmək üçün heç bir tədbir görmür. Bu səbəbdən Bayden administrasiyası "hərbi potensialdan, silah istehsal etmək gücündən fəlakətli şəkildə korluq çəkir".
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Rusiya ilə Çin arasında münasibətlərin inkişafından narahat olduğunu bildirmişdi.