Vahid BRİKS valyutasının yaradılması müzakirə edilmir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
BRİKS - Rusiya ekspert şurasının rəhbəri Viktoriya Panova bildirib ki, milli valyutaların ticarəti sistemi üzərində iş mümkündür.
BAKI, 24 may — Sputnik. BRİKS vahid valyutasının yaradılması müzakirə edilmir, əksinə, milli valyutaların ticarəti sistemi üzərində iş mümkündür.
Bunu BRİKS - Rusiya ekspert şurasının rəhbəri, "İqtisadiyyat Ali Məktəbi" Milli Tədqiqat Universitetinin prorektoru, "Qadın iyirmiliyi"nda Rusiyanın Şerpası Viktoriya Panova bildirib.

"BRİKS vahid valyutasının yaradılması barədə söhbət getmir. Bu, daha çox, maneəsiz ticarət aparmağa imkan verəcək milli valyutaların ticarət sistemi üçün bəlkə də müəyyən bir mexanizm, bəzi ilkin şərtlər yaratmaq imkanıdır", - Panova "Rossiya seqodnya" Beynəlxalq Multimedia Mətbuat Mərkəzindəki dəyirmi masada BRİKS akademik forumu haqqında fikrini bildirib.

Ekspert izah edib ki, bu, BRİKS üzvləri arasında ticarət və pul əməliyyatlarının xarici müşahidəsinin qarşısını almağa və qeyri-qanuni birtərəfli sanksiyalardan qorunmağa kömək edəcək.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, BRİKS və ŞƏT yaranmaqda olan çoxqütblü dünyanın əsas sütunlarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0