CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 24 may – FOTO

© Sputnik / Elnur Salayev24 may
24 may - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 24 may — Sputnik. Mayın 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 24-də kim anadan olub?
Şıxəli Qurbanov (1925 - 1967) - Azərbaycan ədəbiyyatşünası, yazıçısı, şairi və dramaturqudur. O, filologiya elmləri doktoru və Üzeyir Hacıbəyov adına Dövlət mükafatı laureatıdır (1967).
© Photo : Public DomenŞıxəli Qurbanov
Şıxəli Qurbanov - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Şıxəli Qurbanov
Fuad Poladov (1948 - 2018) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, 43 filmdə rol alıb, Bakı teatrlarında bir çox rollarda oynayıb.
© Photo : REPORTXalq artisti Fuad Poladov
Xalq artisti Fuad Poladov - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Xalq artisti Fuad Poladov
Bob Dilan (1941) - amerikalı müğənni, yazıçı və kinoaktyordur. O, 2016-cı il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
© AP Photo / Chris PizzelloABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilan
ABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilan - Sputnik Azərbaycan, 1920, 23.05.2024
ABŞ-ın məşhur aktyor, ifaçı və bəstəkarı Bob Dilan
Kristin Skott Tomas (1960) İngiltərə aktrisası və rejissorudur. Aktrisa "Acı Ay", "Yerinə yetirilməyən missiya", "Dublyor" və s. filmlərdə rol alıb.
Daq Cons (1960) - ABŞ aktyorudur. O, daha çox insani olmayan personajları canlandırdığı elmi fantastika, fantaziya və qorxu filmləri ilə tanınır. Aktyor 2009-cu ildə Eyba Sapien roluna görə "Ən yaxşı köməkçi aktyor" kateqoriyasında "Fangoria Chainsaw Awards" mükafatını alıb.
24 May tarixində dünyada baş verən tarixi hadisələr
1819-cu ildə ABŞ-ın "Savanna" təkərli paroxodu Atlantik okeanı ilə ilk səyahətində eyniadlı şəhərdən yola düşüb.
1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk "Eurovision" Mahnı Müsabiqəsi keçirilib.
© AP Photo / Martin MeissnerEurovision
Финал песенного конкурса Евровидение-2023 - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Eurovision
1988-ci ildə "Boeing 737" təyyarəsi mühərrik nasazlığı səbəbindən Yeni Orlean yaxınlığında qəza enişi edib. Bu qəzadə heç kəs həlak olmayıb.
© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidBoeing 737-800
Самолет Boeing 737-800 авиакомпании Smartavia  - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Boeing 737-800
1992-ci ildə Azərbaycan ilə Vatikan arasında diplomatik əlaqələr qurulub.
24 may Ümumdünya Video Oyunları Günüdür.
Xəbər lenti
0