Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sumqayıt sənaye parkında birgə müəssisə Bakıya və Moskvaya nə verəcək?

© Official website of President of Azerbaijan RepublicSumqayıt Kimya Sənaye Parkı
Sumqayıt Kimya Sənaye Parkı - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Azərbaycan Rusiya biznesinə özünün sənaye parklarının və Ələt azad iqtisadi zonasının infrastrukturunu təklif edir. Həmin obyektlərin ərazisində qüvvədə olan güzəştlərdən istifadə edilə bilər.
BAKI, 24 may — Sputnik. Ticarət dövriyyəsinin artması və müştərək layihələrin sayı ilə yanaşı, Rusiya və Azərbaycan ticari-iqtisadi münasibətlərdə bu tendensiyanın qorunub saxlanmasına və qarşılıqlı investisiyaların genişləndirilməsinə yönəliblər. Bunun üçün bir sıra mexanizmlər hazırlanır, bunların arasında xüsusən kiçik və orta sahibkarlığın həvəsləndirilməsi, nəqliyyat və gömrük infrastrukturunun inkişafı, habelə iki ölkənin sərhədində nəzarət-buraxılış məntəqələrinin (NBM) sadələşdirilmiş keçidi kimi bir sıra mexanizmlər hazırlanır.
Bundan başqa, Azərbaycan Rusiyadan olan sahibkarlara özünün sənaye parklarının və Ələt azad iqtisadi zonasının infrastrukturunu təklif edir - onlar bu obyektlərin ərazisində fəaliyyət göstərən güzəşt və üstünlüklərdən yararlana bilərlər.
Azərbaycan və Rusiya iş adamları artıq bu istiqamətdə fəal fəaliyyət göstərməyə başlayıblar: Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstan Respublikasının "Ximqrad" texnopolisi birgə müəssisənin yaradılmasına yönəlmiş əməkdaşlıq sazişi imzalayıb.
Birgə müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən sahəsi 10 hektar olan xüsusi zonanın operatoru olacaq. Şirkətin əsas vəzifəsi bu sənaye parkında istehsal müəssisələri yaratmaq üçün Rusiya və Özbəkistan sahibkarlarını Azərbaycana fəal şəkildə cəlb etmək olacaq.
Layihə çərçivəsində Azərbaycan tərəfi mühəndis-nəqliyyat infrastrukturunu təmin etməyi, hazır istehsalat binalarının tikintisini və ən əlverişli şəraiti təmin etməyi öhdəsinə götürüb.
© Sputnik / Nigar IskanderovaBalaxanı Sənaye Parkında
Balaxanı Sənaye Parkında - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Balaxanı Sənaye Parkında
Rusiya Azərbaycan iqtisadiyyatının ilk 5 investoru sırasındadır
Qeyd etmək lazımdır ki, əməkdaşlığın bütün tarixi ərzində Rusiya Azərbaycan iqtisadiyyatına 9 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub.
Təkcə ötən il Rusiyadan Azərbaycana sərmayə qoyuluşu 295 milyon dollara çatıb ki, bu da Rusiya Federasiyasını Azərbaycan iqtisadiyyatında ilk beş xarici investor sırasına daxil edib.
Azərbaycanda 1,5 minə yaxın Rusiya kapitallı şirkət qeydiyyatdan keçib, onlardan 300-ə yaxını 100 faiz Rusiya kapitalı ilə, qalanları isə birgə müəssisə formasındadır.
Rusiya və Azərbaycanda dəfələrlə qeyd edildiyi kimi, iri investisiyalar və müəssisələrlə yanaşı, iki ölkə qarşılıqlı investisiyalar üçün kiçik və orta biznesi cəlb etmək niyyətindədir.
Qeyd edək ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun bir hissəsi kimi kiçik və orta biznes kifayət qədər fəal inkişaf edir - təkcə 2024-cü ilin son dörd ayında kiçik və orta biznesin (KOB) Ümumi daxili məhsulda (ÜDM) payı 3% artıb - 23,5%-dən 26,5%-ə qədər. Eyni zamanda, Azərbaycan hökumətinin məqsədi ölkənin ÜDM-də KOB-un payını 60%-ə çatdırmaqdır.
Sənaye parkları investisiyaların cəlb edilməsi mərkəzi kimi
Ötən illər ərzində Azərbaycanda sahibkarlığın inkişafı, sənaye zonalarının, aqroparkların fəaliyyətə başlaması və genişləndirilməsi yolu ilə qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması istiqamətində addımlar atılır.
Ötən ilin sonunda respublikadan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da bir il əvvəlkindən, demək olar ki, 10 faiz çoxdur. Lakin bu tədarüklərin böyük hissəsi qonşu ölkələrin bazarlarına gedib.
Şübhəsiz ki, qeyri-neft məhsullarının istehsalı və ixracındakı uğurlar sənaye zonalarının və aqroparkların inkişafı strategiyası sayəsində əldə edilib. Hazırda respublikada altı sənaye parkı, dörd sənaye məhəlləsi və 51 aqropark var. Rezidentlərin sənaye parklarına investisiyalarının ümumi həcmi bu gün 6,6 milyard manatdan çox qiymətləndirilir. Növbəti illərdə bu sahəyə daha 830 milyon manat investisiya qoyulacağı gözlənilir.
70-ə yaxın müəssisə sənaye zonalarının və aqroparkların rezidenti olub, onlar 10,6 min daimi iş yeri yaradıblar.
Sənaye zonalarına investisiyaların cəlb edilməsinə onların rezidentlərinin 10 il müddətinə əsas vergi növlərindən, o cümlədən gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, habelə idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların ƏDV-dən 7 il müddətinə azad edilməsi proqramı kömək edir.
Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye zonalarında (Araz Vadisi İqtisadi Zonası və Ağdam Sənaye Parkı) əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, bu ərazilərdəki müəssisələr üçün mal, material və xammal idxalı 10 il müddətinə ƏDV-dən azad edilib.
Bundan başqa, işğaldan azad edilmiş torpaqlarda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərə görə güzəştlər edilir. Bu ərazilərdə, həmçinin müxtəlif növ işlər görən iş adamlarının da maliyyə resurslarına çıxış imkanları genişləndirilib, bu istiqamətdə dövlət dəstəyi gücləndirilib.
Üçüncü ölkə bazarlarına birgə giriş
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan və Rusiya bir çox istiqamətlərdə qarşılıqlı fəaliyyət göstərir. Bunu son illər ölkələr arasında ticarət dövriyyəsinin artması sübut edir. O qeyd edib ki, qarşılıqlı investisiyalar da artır və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

"Nəzərə alsaq ki, Azərbaycanda, eləcə də Tatarıstanda kimya sənayesi son dərəcə inkişaf edib, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq müsbət nəticələr verə bilər", - Cəfərli "Sputnik Azərbaycan"a bildirib.

© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Natiq Cəfərli
Onun sözlərinə görə, Azərbaycanda neft-kimya və kimya sənayesinin bəzi komponentlərinin birgə istehsalı üçüncü ölkələrin bazarlarına çıxmaq imkanı verəcək, çünki Azərbaycan Tatarıstandan daha əlverişli logistik vəziyyətdədir.
"Nəzərə alsaq ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə regional logistika mərkəzinə çevrilməyi planlaşdırır, Azərbaycan Respublikasında kimya sənayesi istehsalının artması Tatarıstan şirkətlərinə birgə müəssisənin köməyi ilə yeni beynəlxalq bazarlara çıxmağa kömək edəcək. Bu mənada əməkdaşlıq hər iki tərəf üçün böyük dividendlər vəd edir", - Cəfərli sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0