Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya Federasiyasının taktiki nüvə silahları: təlimlər sadəcə "siqnal" deyil

© Sputnik / Министерство обороны РФ / Mediabanka keçidRusiyada taktiki nüvə təlimləri
Rusiyada taktiki nüvə təlimləri - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
"The Sun" ümidsizliklə yazır ki, Britaniyanın hava hücumundan müdafiə sistemi Rusiya raketlərinə qarşı zəifdir.
Rusiyanın taktiki nüvə silahları Ukrayna hərbi əməliyyatlar teatrında ABŞ və NATO-nun proksi-müharibəsinə son qoya bilir. Kremlin siyasi iradəsi, Rusiyanın çatdırılma vasitələrinin texnoloji səviyyəsi, xüsusi silah-sursatlarının kəmiyyət və keyfiyyəti qarşıya qoyulan məqsədlərə nail olmağa, Qərbin "hegemonluğunun" alçaldıcı sonunu təmin edir.
Mayın 21-də Rusiyanın cənubunda keçirilən hərbi təlimlərin birinci mərhələsi 5500 km-ə qədər atış məsafəsinə və bir döyüş başlığının 300 kiloton trotil ekvivalentinə malik olan silahların daxil olduğu taktiki nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqları ilə başlayıb. Birinci mərhələdə müvafiq olaraq 500 km və 2000 km-ə qədər uçuş məsafəsinə malik olan "İsgəndər" və "Kinjal" raketləri daxildir.
Misli görünməmiş təlimlərə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərlik edir. Bu təlimlərin əsas məqsədi "ayrı-ayrı Qərb rəsmilərinin Rusiya Federasiyasına qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etməkdir".
Düşünürəm ki, bu, mücərrəd siyasi "siqnal" deyil, düşmənə nüvə zərbəsi endirmək üçün konkret hazırlıq, silahların yerləşdirilməsi və hədəf təyinetmə detallarının işlənib hazırlanmasıdır.
Gücü 300 kiloton trotil ekvivalentinə qədər olan taktiki nüvə başlığı təxminən iyirmi "Hiroşima"dır. Amerika Alimləri Federasiyasının məlumatına görə, Rusiyada 1580-ə yaxın qeyri-strateji nüvə silahı var. Reallıqda nə qədər çox olsa da, Rusiya müdafiə sənayesi xüsusi arsenalını tez və təkrarən artırmağa qadirdir. Taktiki nüvə silahlarının məsafəsi – 5500 km-ə qədərdir və təkcə NATO-nun Avropadakı strateqlərini ümidsizliyə sürükləmir. Şimali Amerika "Şahinləri"nin də ən pisə hazırlaşmağın vaxtıdır. Çox canfəşanlıqla bir qrup ABŞ konqresmeni (hər iki partiyanın 13 üzvü) dünən Ağ Evdən Ukrayna Silahlı Qüvvələrinin Amerika silahları ilə "Rusiya ərazisindəki strateji hədəflərə" zərbə endirməsinə icazə verilməsini tələb ediblər. Moskva "yazın kəskinləşməsinə" və Qərbin təhdidlərinə adekvat cavab verir.
© Sputnik / Министерство обороны РФ / Mediabanka keçidRusiyada taktiki nüvə təlimləri
Учения по применению нестратегического ядерного оружия в России  - Sputnik Azərbaycan, 1920, 23.05.2024
Rusiyada taktiki nüvə təlimləri
ABŞ-ın "Newsweek" jurnalı Rusiya Silahlı Qüvvələrinin taktiki nüvə təlimlərinin keçirilməsinin ABŞ-ın Ukraynaya raketlər göndərməsi ilə təhrik edildiyini inkar etmir. "The Hill" nəşri hesab edir ki, Rusiya təlimləri "ABŞ ilə münasibətlərdə gərginliyi artıracaq". Bundan artıq nə olmalıdı ki?
Sülhə sərt məcburiyyət
"The New York Times" qəzeti yazır ki, Rusiya Ukraynanın müttəfiqlərinə xəbərdarlıq olaraq taktiki nüvə təlimlərinə başlayır... Bu, açıq-aşkar nüvə silahından istifadə etmək məcburiyyətinə cəhddir. Həqiqətən də, prioritet hədəflər Ukrayna Silahlı Qüvvələrinin obyektləri deyil.
"Reuters" agentliyi qeyd edib: "Nüvə üzrə analitiklər deyirlər ki, bu təlimlər Putin tərəfindən Qərbin Ukraynadakı müharibəyə daha dərindən müdaxilə etməsinə mane olmaq üçün xəbərdarlıq siqnalı kimi nəzərdə tutulub. Bu cür silahların istifadəsi mütləq tammiqyaslı nüvə müharibəsinə səbəb olmadan Qərbdə şok yarada bilər".
"The Sun" ümidsizliklə yayımlayır: "Britaniyanın hava hücumundan müdafiə sistemi Rusiya raketlərinə qarşı zəifdir, onlar 90 dəqiqəyə Londona çata bilərlər". İngiltərənin müdafiə naziri Qrant Şepps bildirib ki, Böyük Britaniya Avropanın "Sky Shield" hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün danışıqlar aparır. Bu "Hava Qalxanı"nın effektivliyi aydın deyil.
Bununla yanaşı, Cənub Hərbi Dairəsinin raket birləşmələri "İsgəndər" taktiki raket kompleksi üçün xüsusi silah-sursatlarının alınması, daşıyıcı raketlərin təchiz edilməsi üzərində işləyirlər. Təlimdə iştirak edən Rusiya Aerokosmik Qüvvələrinin aviatorları aviasiya məhvetmə silahlarının xüsusi döyüş başlıqları ("Kinjal" hipersəs raketləri də daxil olmaqla) ilə təchiz olunub və döyüş patrul məntəqələrinə uçmaq üzrə təcrübə keçiblər. İstifadəyə hazırlıq maksimumdur.
Təbii ki, Rusiyanın cənubunda və Belarusda keçirilən təlimlər zamanı (ikinci mərhələdə) nüvə silahların partladılması olmayacaq. Yenə də Rusiya Silahlı Qüvvələrinin 2024-cü ilin may ayında taktiki nüvə silahının istifadəsi üzrə təlimi o qədər qızğın keçir ki, məna və məzmun baxımından ən yaxın analoq olan 14 sentyabr 1954-cü ildə SSRİ-də keçirilən Totskiy təlimi hesab edilə bilər. Bu təlimdə daşıyıcı təyyarə 8000 m yüksəklikdən təxminən 40 kiloton gücünə malik nüvə bombasını ataraq yerin səthindən 350 m yüksəklikdə partlayış edib. Nüvə silahının partlayışından 5 dəqiqə sonra artilleriya hazırlığı başlayıb, ardınca isə aviasiyanın hava hücumunun hazırlığı olub. Partlayışdan 3 saat sonra piyadalar əleyhqazlarla və zirehli transportyorlarla hücuma keçiblər.
1956-cı il sentyabrın 16-da Semipalatinsk poliqonunda Sovet Hava Desant Qüvvələrinin nüvə silahından istifadə etməklə həyata keçirdiyi təlimlər daha məhdud xarakter daşıyıb - "atom partlayışı nəticəsində yaranan boşluq ərazisində düşmənin müdafiəni bərpa etməsinin qarşısını almaq üçün atom zərbəsindən sonra paraşüt batalyonunun helikopterlə enişi baş tutub". Cəmi 1500 nəfər bu təlimdə iştirak edib və 272 hərbçi partlayışın olduğu yerə yaxın əraziyə enib.
Partlayışın mərkəzində olan radiasiya səviyyələri əvvəlki poliqon sınaqlarının nəticələrinə görə nüvə silahı konstruktorlarına yaxşı məlum idi və burada iştirakçıların nisbi təhlükəsizliyini təmin etmək mümkün olub. Qeyd edək ki, 1951-1956-cı illərdə ABŞ 20 kilotondan çox gücə malik olan nüvə silahlarından faktiki istifadə etməklə səkkiz hərbi təlim keçirib.
Yeni koordinat sistemi
Aprel ayında amerikalı alimlər Rusiyada cəmi 5580, ABŞ-da 5044, Fransada 290 və Böyük Britaniyada 225 nüvə başlığının olduğunu qeyd ediblər. Ümumilikdə dünyada 12 mindən çox nüvə silahı var ki, onlardan da 9600-dən çoxu istifadə üçün daim hazırdır. Soyuq müharibə illərində nüvə başlığı dəfələrlə çox olsa da, bu, yerdəki həyatı məhv etmək üçün kifayətdir.
"Atom alimləri bülleteni"nin məlumatına görə, Rusiya NATO ölkələrinin adi silahlar sahəsində mümkün üstünlüyünü kompensasiya etmək üçün öz taktiki nüvə arsenalını daim yeniləyir və yeni növlər təqdim edir. Rusiya Hərbi Dəniz Qüvvələrinin təxminən 830 taktiki xüsusi döyüş başlığı, Aerokosmik Qüvvələrinin isə taktiki nüvə silahlarını daşımaq üçün 500-ə yaxın təyyarəsi, həmçinin Su-57, Su-34, Su-24M, Su-25, Tu-22M3 aviasiyası var.
Rusiya Silahlı Qüvvələrinin 10-dan çox raket briqadası 50 kt-a qədər gücə malik olan nüvə başlıqları daşıya bilən "İsgəndər"lərlə silahlanıb. İki dəqiqə ərzində briqada 24 raketlə zərbə endirməyə qadirdir, gücləndirilmiş briqadanın zərbəsi 32 raketdir. Qanadlı və çox dəqiq "İsgəndər"lər dörd dəqiqə ərzində 500 km məsafəni qət edirlər.
Digər tərəfdən, Belarus ərazisində NATO-nun hava hücumundan müdafiə sistemləri üçün çətin ələ keçirilən hipersəsli "İsgəndər"lərin uçuş məsafəsi və effektivliyi belarus mütəxəssislərinə Polşa, Slovakiya, Litva, Latviya, Estoniyanın (Ukraynanı heç demirəm) bütün ərazisini hədəf altında saxlamağa imkan verir. "The New York Times" məyus-məyus etiraf edir: "ABŞ-ın Rusiyanın nüvə arsenalı üzərində nəzarət cəhdləri uğursuz olub".
ABŞ-ın Ukraynadakı aqressiv siyasətinin Rusiya ilə nüvə müharibəsi ehtimalının artmasına səbəb olmadığını bütün dünyaya inandırmağa çalışıb və hələ də çalışır. Lakin Moskva və Minsk Amerika mifologiyasını metodik olaraq məhv edir, "hegemon" və onun itaətkar kuklalarını isə yeni koordinat sisteminə qaytarırlar. Ukraynanın hərbi əməliyyatlar teatrında Vaşinqtonun maraqları uğrunda ölmək istəyənlərin sayı və keyfiyyəti daim azalır.
Xəbər lenti
0