DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran helikopter qəzasına dair araşdırmanın ilkin nəticələrini açıqlayıb

© Iranian Presidency Office via APİbrahim Rəisi
İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 24.05.2024
Abunə olmaq
Hesabatda deyilir ki, helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb.
BAKI, 24 may - Sputnik. İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib və helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.
Vurğulanıb ki, İran Prezidentinin olduğu helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.
Hesabatda deyilir ki, helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb. Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb və onların araşdırılması üçün daha çox vaxt lazımdır.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.
Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.
Daha əvvəl Türkiyə Rəisinin helikopterinin qəza yerini Türkiyə Silahlı Qüvvələrinə aid "Akıncı" pilotsuz uçuş aparatının müəyyənləşdirdiyini bəyan edib.
Xəbər lenti
0