https://sputnik.az/20240524/pensiyanin-bir-novunden-basqa-novune-kecid-avtomatlasdirilmis-qaydada-olacaq-464896189.html
Pensiyanın bir növündən başqa növünə keçid avtomatlaşdırılmış qaydada olacaq
Pensiyanın bir növündən başqa növünə keçid avtomatlaşdırılmış qaydada olacaq
Sputnik Azərbaycan
Mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər. 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T16:44+0400
2024-05-24T16:44+0400
2024-05-24T16:49+0400
pensiya
iqtisadiyyat
əmək pensiyası
qanun
nazir
milli məclis
keçid
sistem
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796447_0:0:3132:1762_1920x0_80_0_0_02c40fb331631d1d45de18987e78fd71.jpg
BAKI, 24 may — Sputnik. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi pensiyaçının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişik nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək:"Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik". Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.Əlavə edək ki, dəyişiklik maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/64/422796447_274:0:3005:2048_1920x0_80_0_0_5c4007f86c5421ccd9923b8e8ede46bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, əmək pensiyası, qanun, nazir, milli məclis, keçid, sistem, azərbaycan
pensiya, əmək pensiyası, qanun, nazir, milli məclis, keçid, sistem, azərbaycan
Pensiyanın bir növündən başqa növünə keçid avtomatlaşdırılmış qaydada olacaq
16:44 24.05.2024 (Yenilənib: 16:49 24.05.2024) Mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.
BAKI, 24 may — Sputnik. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi pensiyaçının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişik nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək:
"Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik".
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.
Əlavə edək ki, dəyişiklik maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.