https://sputnik.az/20240524/on-sekkiz-yasa-catmamis-nisanlanmanin-qadagan-edilmesi-teklif-olunub-464895577.html
On səkkiz yaşa çatmamış nişanlanmanın qadağan edilməsi təklif olunub
On səkkiz yaşa çatmamış nişanlanmanın qadağan edilməsi təklif olunub
Sputnik Azərbaycan
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib. O bildirib ki, erkən yaşda... 24.05.2024, Sputnik Azərbaycan
2024-05-24T18:03+0400
2024-05-24T18:03+0400
2024-05-24T18:03+0400
nişan
cəmiyyət
yaş
18
qadağa
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_0:320:3073:2048_1920x0_80_0_0_d673ab351fbe002a1f80e9ba27d33b74.jpg
BAKI, 24 may — Sputnik. "İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov deyib. Deputat bildirib ki, Azərbaycanda nikah yaşı ilə bağlı istisna gələcəkdə aradan qaldırılmalıdır:"On səkkiz yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib:Qeyd edək ki, bu gün Milli Məclis Gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını qəbul edib. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub. Ailə Məcəlləsi nə deyir? Maddə 10. Nikahın yaşı Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358310_163:0:2894:2048_1920x0_80_0_0_5592f01bf773f886ffb064aec2c59a65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nişan, yaş, 18, qadağa
On səkkiz yaşa çatmamış nişanlanmanın qadağan edilməsi təklif olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib. O bildirib ki, erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir.
BAKI, 24 may — Sputnik. "İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanda nikah yaşı ilə bağlı istisna gələcəkdə aradan qaldırılmalıdır:
"On səkkiz yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib:
"Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir. Biz nişanlanma sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün işləyirik".
Qeyd edək ki, bu gün Milli Məclis Gender bərabərliyinin təmin olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını qəbul edib. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.